BaşlıcaSiyasət

Ermənistan XİN nazirinin Türkiyənin NTV kanalına müsahibəsi: “Sülh müqaviləsinin imzalanması problemin həllinin ən qısa və effektiv yoludur”

Antalya Diplomatik Forumu çərçivəsində Ermənistan Xarici işlər naziri Ararat Mirzoyan Türkiyənin NTV televiziyasına müsahibə vermişdir.

Müsahibənin tam mətnini aşağıda təqdim edirik:

SUAL:  – Mən sülh müqaviləsi haqqında danışmaq istərdim ki, iki tərəf artıq bu barədə razılığa gəlib. Lakin əvvəlcə keçirilən panel müzakirəsinə toxunmaq istəyirəm. Biz başa düşürük ki, hər iki tərəf öz mövqelərini təqdim etməyə çalışıb. Siz bu müzakirəni necə qiymətləndirirsiniz? Bir qədər gərgin idi, yoxsa tərəflər sadəcə öz baxışlarını irəli sürdülər? Bu barədə nə deyərdiniz?

CAVAB Ararat Mirzoyan:  – Deyərdim ki, bu konstruktiv müzakirə idi. Bilirsiniz, bizim müxtəlif fürsətlərimiz olub həmkarlım cənab Bayramovla, həm qapalı qapılar arxasında, danışıqlar zamanı, həm də açıq ictimai müzakirələrdə fikir mübadiləsi aparmaq üçün.

Bu da fikir mübadiləsi üçün başqa bir fürsət idi. Əlbəttə, qavrayış fərqlilikləri var və ehtimal ki, indi biz bu barədə də bir az danışacayıq. Amma eyni zamanda bu, mövqeləri yaxınlaşdırmaq üçün bir cəhddir. Bu baxımdan hər hansı müzakirə həmişə də faydalıdır.

SUAL: –  Bəli, bu şübhəsiz ki, ən düzgün yanaşmadır. Sülh müqaviləsinə toxunmaq istərdim. Məlum olduğu kimi, iki tərəf artıq sənədi razılaşdırıb. Sizin fikrinizcə, tərəflərin mövcud mövqelərini nəzərə alaraq, bu imzalanma nə vaxt baş tuta bilər?

CAVAB: – Həqiqətən, ilk növbədə artıq baş verənləri qiymətləndirmək lazımdır. Bu tarixən bənzərsiz bir hadisədir: Ermənistan və Azərbaycan Ermənistan-Azərbaycan sülh müqaviləsinin layihə mətnini razılaşdırmışlar.

Bu mətnlə Ermənistan və Azərbaycan bir-birinin ərazi bütövlüyünü Sovet İttifaqının dağılması anında mövcud olan sərhədlər daxilində qarşılıqlı şəkildə tanıyır.

Tərəflər bir-birinin daxili işlərinə müdaxilə etməmək barədə razılığa gəlib, həmçinin bir sıra digər vacib bəndlər barədə razılıq əldə ediblər.

Bundan əlavə, qeyd olunan sənədin təsdiq edilməsi və qüvvəyə mindiyi təqdirdə, müqavilənin icrasını nəzarətdə saxlayacaq və yerüstü yaranan hər hansı anlaşılmazlığın və ya konkret vəziyyətlərin həlli üçün platforma rolunu oynayacaq ikitərəfli komissiya yaradılması nəzərdə tutulur.

Bütün bunlar həqiqətən tarixi bir hadisədir. İndi biz hesab edirik ki, müqavilənin imzalanma yerini, zamanını və dəqiq tarixini müəyyən etmək məqsədi ilə dərhal konsultasiyalara başlamaq mümkündür.

SUAL:  – Müqavilənin imzalanması üçüncü ölkədə baş tuta bilərmi? Bu məsələni necə qiymətləndirirsiniz və bu ehtimal barədə nə düşünürsünüz?

CAVAB: – Bu, Ermənistanla Azərbaycanın sərhədində və ya həmYerevan, həm də Bakı üçün qəbul edilə bilən hər hansı üçüncü ölkədə baş tuta bilər. Bütün bunlar müzakirə mövzusu ola bilər.

Lakin qeyd etmək lazımdır ki, mətn ətrafında razılığa gəlmək faktının elan edilməsindən dərhal sonra Azərbaycan tərəfi Minsk qrupuna və Konstitusiyaya aid bir sıra şərtlər irəli sürdü. Başa düşdüyüm qədər, digər fikirlər də ola bilər.

SUAL:  – Müzakirə zamanı cənab Bayramov həmçinin bu barədə qeyd etdi.

CAVAB: – Bizim yanaşmamız belədir: prosesə bir kərpic qoyub, sonra başqa birini qoya bilərik və bir müddət sonra görərik ki, məsələn, möhkəm bir körpü tikmişik.

Ya da oturub bir neçə yüz il də gözləyə bilərik ki, görək köhnə yanaşmalar artıq tətbiq edilə bilməzmi, münaqişə həqiqətən bitibmi, yoxsa maneələr hələ də varmı?

Lakin bizim mövqeyimiz odur ki, konstruktiv tərəfə, , keçmişdə qalıb yalnız maneələri görmək əvəzinə  imkanlara və gələcəyə diqqət yetirmək lazımdır .

Azərbaycan tərəfinin irəli sürdüyü bəzi ideyalara, xüsusilə Minsk qrupu mövzusuna toxunmaq istəyirəm. Bizim mövqeyimiz aydındır:

Əgər münaqişənin bitdiyini və bu faktın sülh müqaviləsi ilə təsdiq edildiyini qəbul ediriksə, onda nə Minsk qrupu, nə də onun tabeliyindəki strukturlar artıq məqsədəuyğun deyil.

Məhz bu məntiqlə biz eyni gündə iki sənədin — sülh müqaviləsi və Minsk qrupunun ləğv prosesini başladacaq ATƏT-ə və ya onun üzv dövlətlərinə birgə müraciətin imzalanmasını təklif etdik.

SUAL: – Bu kontekstdə Avropa Birliyinin missiyası barədə nə deyərdiniz?

CAVAB: –  Hal-hazırda Ermənistanla Azərbaycan sərhədində müşahidə aparan Avropa Birliyinin vətəndaş missiyası var. Missiyanın mandatı və son məqsədi Ermənistanla Azərbaycan arasında sabitliyin və sülhün möhkəmləndirilməsidir.

Əgər sülh müqaviləsi imzalansaq, sərhədlərin delimitasiya prosesini davam etdirsək və bütün bunlar nəticəsində sabitliyə çatsaq, o zaman sərhəd bölgələrində yaşayan insanlar, həm Ermənistan, həm də Azərbaycan tərəfindən, təhlükəsizlik hiss edəcək və gündəlik həyatlarını təşkil edə biləcəklər.

 Beləliklə, müşahidə missiyasına da ehtiyac qalmayacaq. Beləliklə, sizin və Azərbaycanlı həmkarlarımızın qeyd etdiyi problemlərin ən qısa və effektiv həlli yolu sülh müqaviləsinin imzalanması və ratifikasiyasıdır.

SUAL: –  Azərbaycan XİN naziri Ermənistan Konstitusiyasını qeyd etdi və sizin də dediyiniz kimi, bunu şərt kimi qiymətləndirirsiniz.

Azərbaycan dəyişiklik edilməsinin zəruri olduğunu gözləyir və siz də müzakirələr zamanı qeyd etdiniz ki, Konstitusiyanızda dəyişiklik tələbi yoxdur.

Lakin Konstitusiya Müstəqillik Bəyannaməsinə istinad edir. Sizin dedikləriniz böyük əhəmiyyət daşıyır. Amma bu həm də hüquqi məsələdir. Bəs bu necə həll olunacaq? Bu mövzuda nə deyərdiniz?

CAVAB: – Əgər Konstitusiyadan danışırıqsa, onda aydın şəkildə qeyd etmək lazımdır ki, bizim Konstitusiyamızda Azərbaycanın ərazi bütövlüyünə qarşı heç bir ərazi iddiası yoxdur.

Konstitusiyanın preambulasında Müstəqillik Bəyannaməsinə istinad var ki, orada Konstitusiyanın bir sıra məqsəd və dəyərlər kontekstində həmin bəyannamaya əsaslandığı göstərilir.

Sonra isə Konstitusiyanın əsas müddəaları təqdim olunur. Azərbaycan tərəfi hesab edir ki, Müstəqillik Bəyannaməsində müəyyən tələb var.

Artıq qeyd etdiyim kimi və indi detallara girmək istəmirəm, lakin bu, hüquqşünaslar tərəfindən asanlıqla sübut edilə bilər, çünki bütün müvafiq sənədlər açıq və əlçatandır.

Eyni zamanda, bizim özümüzün ciddi narahatlıqlarımız var: Azərbaycan Konstitusiyasının özündə ərazi iddiaları mövcuddur.

Mən bunu niyə deyə bilərəm. Onlar Konstitusiyalarında öz Müstəqillik Bəyannaməsinə istinad edirlər ki, orada deyilir: bu Azərbaycan Respublikası Sovet İttifaqından əvvəl mövcud olan Birinci Respublikanın davamçısıdır.

Beləliklə, Azərbaycanın Birinci Respublikası müasir Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədlərindən daha geniş ərazilər üzərində suverenliyini elan etmişdir.

 Bu ərazilərin 60%-dən çoxu Ermənistan Respublikasının suveren və beynəlxalq səviyyədə tanınmış ərazisini təşkil edir. Bu, təbii ki, problemdir. Əgər Konstitusiyalara girəndə, bu, şübhəsiz ki, problemdir.

Lakin təklif olunan sülh müqaviləsində, imzalamağa hazır olduğumuzda, artıq bu problemin həlli mexanizmi nəzərdə tutulub. Birincisi, artıq dediyim kimi, tərəflər bir-birinin ərazi bütövlüyünü müəyyən sərhədlər daxilində tanıyırlar.

Və bu, hər iki tərəf üçün qəbul edilən formuladır, əks halda mətn ətrafında razılığa gəlmək sadəcə mümkün olmazdı. Beləliklə, ratifikasiya prosesi zamanı, imzalandıqdan sonra, bu sənəd Konstitusiya Məhkəməmiz tərəfindən müsbət rəy almalıdır.

SUAL: –  Buna siz əminsinizmi?

CAVAB: – Təbii ki, Konstitusiya Məhkəməsi təklif olunan sülh müqaviləsinin, o cümlədən tərəflərin ərazi bütövlüyünün tanınması, həmin konkret anlayış və sərhədlərlə Konstitusiyaya uyğun olduğu qənaətinə gəlsə, o zaman problemin həll olunduğunu və tam həllini tapdığını deyə bilərik.

Əgər nəzəri cəhətdən Konstitusiya Məhkəməsi müqavilənin Konstitusiyaya uyğun olmadığını bəyan edərsə, bu, başqa vəziyyət olacaq.

 Belə olan halda, təbii ki, tərəflər növbəti addımları qiymətləndirmək üçün yenidən danışıqlar masasına qayıdacaqlar.

Amma bir daha deyirəm, bu, sırf nəzəri senaridir, ötən ilin sentyabrından bizim Konstitusiya Məhkəməsinin yanaşmasını anlamaq üçün daha bir imkanımız oldu.

Xatırlayırsınızsa, Ermənistan və Azərbaycan sərhədlərinin demarkasiyası üzrə birgə komissiyalar özlərinin ilk beynəlxalq sənədini – komissiyaların əsasnaməsini imzaladılar.

 Bu sənəddə açıq şəkildə qeyd olunur ki, demarkasiya Alma-Ata Bəyannaməsi əsasında, haqqında danışdığım eyni prinsipə uyğun aparılmalıdır:

Sovet İttifaqının dağılmasından sonra tərəflər arasında mövcud olan inzibati sərhədlər beynəlxalq səviyyədə tanınmış dövlət sərhədlərinə çevrildi.

Sözügedən reqlament Konstitusiya Məhkəməsinə təqdim edilib və məhkəmə həmin sənədin məzmununun Konstitusiyaya tam uyğun olduğunu qeyd edərək müsbət nəticə verib.

Yəni eyni məntiqin, eyni prinsipin tətbiqi ilə məşğul oluruq. Ona görə də çətin ki, Konstitusiya Məhkəməsi cəmi bir neçə ay sonra eyni məsələ ilə bağlı müxalif mövqe bildirsin.

Bununla belə, bir daha qeyd etmək istərdim ki, nəzəri imkan həmişə mövcuddur.

Və nəhayət, vəziyyətə hansı prizmadan baxmağımızdan asılı olmayaraq, sülh müqaviləsinin imzalanması və ratifikasiyası məsələnin həlli üçün ən qısa və ən təsirli yol olaraq qalır.

SUAL: – Yaxşı, hadisələrin necə inkişaf etdiyini görəcəyik. Türkiyə-Ermənistan münasibətləri mövzusuna keçməzdən  öncə  xahiş edirəm dediklərimi heç bir şəkildə təhqiramiz qəbul etməyinş

Bilirəm ki, Ermənistanda “Zəngəzur keçidi” ifadəsi rəsmi olaraq işlədilmir.

Ancaq Türkiyə cəmiyyəti və mediası bu düsturla tanışdır və ona görə də “Zəngəzur keçidi” ifadəsini işlədirəm. Türkiyə bu marşrutun nə vaxt açıla biləcəyini diqqətlə izləyir. Bu məsələyə münasibətiniz necədir? Sizcə, yaxın gələcəkdə bunun reallığa çevrilməsi mümkündürmü?

CAVAB: – Yaxşı, ilk növbədə onu vurğulamaq istərdim ki, biz nə nəqliyyat kommunikasiyasının, nə marşrutların, nə də infrastrukturun açılmasında prinsipial olaraq heç bir problem görmürük.

SUAL: – Dediyim düsturu nəzərdə tuturdum: “Zəngəzur”.

CAVAB: – Problem məzmunda deyil, formuldadır. Bütün dünya yeni nəqliyyat və tranzit dəhlizlərindən danışır və biz bu məntiqlə tam razıyıq.

 Üstəlik, biz başa düşürük ki, infrastruktur blokadasının götürüləcəyi təqdirdə Ermənistan birinci benefisiarlardan biri olacaq. Narahatlığımız ondan ibarətdir ki, Azərbaycan tərəfinin yanaşmasında ekstraterritorial nəzarətin tərkib hissələri kimi qəbul edilə bilən bəzi əlamətlər var.

Suverenliyə müəyyən məhdudiyyətlər nəzərdə tutan belə “dəhliz” məntiqi bizim üçün qəbuledilməzdir. Məsələn, hesab edirəm ki, bu, Türkiyə cəmiyyəti üçün də maraqlı ola bilər:

Biz Azərbaycan Respublikasına ikitərəfli dəmir yolu infrastrukturlarının açılmasını təklif etmişik. Yəni, hər iki tərəfin bir-birinin dəmir yolu şəbəkələrindən tam istifadə edə biləcəyinə əmin olmaqla.

Azərbaycanın əsas ərazisini ən qısa marşrutla Naxicevan Respublikası ilə birləşdirən hissədə müasir mexanizmlərdən istifadə etməyi təklif etmişik.

Məsələn, fiziki yoxlamaları minimuma endirmək üçün elektron skan sistemlərindən istifadə etməyi təklif etmişik. Biz təklif etmişik ki, elektron bəyannamə tətbiq edilsin ki, bu da yük axınını sürətləndirməyə imkan verəcək.

Bundan əlavə, keçidin təhlükəsizliyini təmin etmək üçün sığorta və təkrarsığorta mexanizmlərindən istifadə etməyi təklif etmişik. Bizim anladığımız məqam ondan ibarət idi ki, Azərbaycan tərəfinin ilkin reaksiyası müsbət olub.

 Ancaq indi biz müəyyən qeyri-müəyyənlik görürük. Niyə? Bunu demək çətindir, çünki fikrimizcə, bu təklifin rədd edilməsinin aydın rasional izahı yoxdur.

Biz dəmir yolu ilə yük daşımalarının birinci mərhələsindən başlayaraq dərhal bu təşəbbüsə başlamağa hazırıq. Əgər bu mərhələ uğurla həyata keçirilərsə, o zaman biz sərnişin daşımalarına və digər kommunikasiya növlərinə keçə bilərik.

Biz həmçinin əminik ki, bu əlaqə blokunun açılması prosesi regional əlaqənin tam bərpasına, o cümlədən Ermənistan və Türkiyə arasında dəmir yolu əlaqəsinin bərpasına gətirib çıxaracaq.

 Və biz bu məsələ ilə səmimi maraqlanırıq. Nəhayət, bizim nöqteyi-nəzərimizdən bu layihə ən azı regional səviyyədə logistik mənzərəni kökündən dəyişdirmək potensialına malikdir.

İştirak edən tərəflərin heç biri üçün mənfi təsir görmürəm.

SUAL: – Yaxşı, bu məsələnin nə vaxt və necə həll olunacağını görəcəyik, amma mən Türkiyə ilə Ermənistan arasındakı münasibətlərə toxunmaq istərdim.

2021-ci ildə iki ölkə ikitərəfli münasibətlərin normallaşdırılması prosesini inkişaf etdirmək məqsədi ilə xüsusi nümayəndələr təyin edib. Artıq dörd ilə yaxındır ki, işləyirlər.

Bu müddət ərzində bir sıra müsbət addımlar atılıb. Səhv etmirəmsə, birinci müqavilə yük daşımalarının həyata keçirilməsi ilə bağlı idi.

İkinci addım Ermənistan və Türkiyə arasında sərhədin üçüncü ölkə vətəndaşları üçün açılması ilə bağlı olub. Lakin əslində biz ciddi irəliləyiş görmürük.

Bu, həqiqətən belədir, yoxsa sizdə fərqli bir qavrayış var? Münasibətlərin normallaşması prosesini necə qiymətləndirirsiniz?

CAVAB: – Bəli, düz deyirsiniz, xüsusi nümayəndələr təyin olunub: Türkiyədən Serdar Kılıç və Ermənistandan Ruben Rubinyan. Paralel olaraq hər iki ölkənin xarici işlər nazirlikləri də prosesə cəlb olunub.

Bu axşam mənim Türkiyənin Xarici işlər naziri Hakan Fidanla növbəti görüşüm nəzərdə tutulub. Bu, bizim ilk görüşümüz deyil və bu, kifayət qədər aktiv erməni-türk dialoqunun olduğunu göstərir.

 Üstəlik, bu dialoq iki nazir və ya xüsusi nümayəndə səviyyəsində məhdudlaşmır. Digər müvafiq strukturlar da prosesə tədricən cəlb olunur. Artıq müxtəlif strukturlar arasında görüşlər keçirilir.

Siz yük daşımalarını da qeyd etdiniz. Əlavə edim ki, Markara-Əlican quru keçid məntəqəsinin infrastrukturu birgə öyrənilib. Analoji araşdırma Gümrü-Qars dəmir yolu istiqamətində də aparılıb.

Bir neçə gün əvvəl aidiyyatı qurumlarımızın nümayəndələri Ani körpüsünün yenidən qurulması ilə bağlı birgə layihəni müzakirə ediblər. Bir sıra başqa təşəbbüslər də var. Bütün bunlar prosesin ləng də olsa, irəli getdiyini göstərir.

SUAL: – İnfrastrukturun bərpası prosesinin gedişatını necə qiymətləndirərdiniz?

CAVAB: –  Ermənistan tərəfi Markara keçid məntəqəsinin infrastrukturunun hazırkı vəziyyətini qiymətləndirib və onun bölməsinin yenidən qurulmasını artıq başa çatdırıb.

Mən prosesin irəli getdiyini vurğulamaq üçün bu vəziyyəti xüsusi qeyd edirəm və biz türk tərəfdaşlarımızla sabit və intensiv dialoqu davam etdiririk.

Eyni zamanda bildirməliyik ki, prosesin yekun hədəflərinə – münasibətlərin tam normallaşmasına, diplomatik münasibətlərin qurulmasına və sərhədlərin açılmasına hələ indiki mərhələdə nail olunmayıb.

Bu da təbii ki, müəyyən dərəcədə Ermənistan-Azərbaycan nizamlanması prosesi ilə bağlıdır. Əminik ki, Ermənistan-Türkiyə istiqamətində uğur əldə olunarsa və sərhədlərin açılması həyata keçirilərsə, bu, həm də Ermənistan-Azərbaycan nizamlanması prosesinə müsbət təkan ola bilər.

SUAL: – Bu, mühüm müşahidə idi, çünki sizin çıxışınızdan dərhal sonra mən fikirləşdim ki, Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanması Ermənistan-Türkiyə prosesinin həllinə müsbət təsir göstərə bilər. Bununla belə, əks variantın da mümkün olduğunu qeyd edirsiniz.

CAVAB: –  Ümumiyyətlə, bəli. Bununla belə, hesab edirəm ki, hər iki istiqamətdə istənilən irəliləyiş digər prosesə müsbət təkan ola bilər.

SUAL: – Yaxşı, amma hansı istiqamətin əvvəlcə irəli getməsinin əhəmiyyəti varmı?

CAVAB: – Bu vacibdirmi?

SUAL: – Sizdən soruşuram.

CAVAB: Bilirsiniz, hazırda bizim həqiqətən də real imkanımız var. Bu, mahiyyət etibarı ilə siyasi liderlik məsələsidir. Məsələ bizim cəmiyyətlərimizə, dövlətlərimizə və ümumilikdə regionumuza hansı gələcəyi təsəvvür etdiyimiz və təklif etdiyimizdir.

Biz yaxşı qonşu ola bilərik. Biz qarşılıqlı faydalı ticarəti inkişaf etdirə, birgə enerji layihələrini başlaya və həyata keçirə bilərik. Bu gün dünya yeni enerji əlaqələri axtarır və regionumuzda bu potensial var.

Üstəlik, regional, xüsusən də Yaxın Şərqdəki siyasi proseslərə nəzər salsaq görərik ki, bizim mövqelərimiz çox vaxt bir-birinə kifayət qədər yaxındır.

Başqa sözlə, əməkdaşlıq sərhəd ticarətindən kənara çıxa bilər və keçməlidir. Bizim imkanımız var. Biz bu fürsətdən istifadə edə biləcəyikmi? Məsələ  budur.

 Hesab edirik ki, Ermənistan bu prosesdə mümkün olan ən konstruktiv addımları atır.

SUAL: – Son sualım təkcə regiona deyil, bütün dünyaya aiddir. Rusiyanın Qərblə, Qərbin isə Rusiya ilə ciddi problemləri var.

Ukraynada müharibə hələ də davam edir və onun nəticəsini proqnozlaşdırmaq çətindir və Tramp administrasiyasından sonra transatlantik birlik müəyyən təzyiq altında görünür.

 Bu kontekstdə qlobal münaqişələrin bu mənzərəsini necə qiymətləndirirsiniz?

CAVAB:- Bir sözlə, siz vəziyyəti kifayət qədər dəqiq təsvir etdiniz. Bu gün dünya ciddi qeyri-müəyyənliklər və sarsıntılarla üz-üzədir.

Biz həm qlobal sabitləşmə üçün imkanların, həm də münaqişələrin dərinləşməsi və uzanması təhlükələrinin mövcud olduğu yol ayrıcındayıq.

Düşünürəm ki, hazırda dünyada demək olar ki, heç kim hadisələrin inkişafının istiqamətini dəqiqliklə proqnozlaşdıra bilməz.

Regionumuza qayıtsaq, sual belə formalaşır: biz bu qlobal qeyri-sabitliyə töhfə veririk, yoxsa sabitlik adasına çevrilməyə çalışırıq?

Bu, həqiqətən bizdən asılıdır. Biz seçim edə bilərik. Biz əminik ki, bu gün gələcəyi qurmaq üçün unikal imkan var. İndiki anda verilən cəsarətli və müdrik qərarlara əsaslanan gələcək.

Biz vətəndaşlarımız və gələcək nəsillər üçün daha təhlükəsiz, daha proqnozlaşdırıla bilən və firavan mühit yarada bilərik. Ancaq başqa bir yol da var – köhnə yanaşmaları rəhbər tutmağa davam etmək: düşmənçilik, münaqişə, qarşılıqlı dözümsüzlük.

 Açığı, bu, bəzən gələcək qurmaqdan daha asan görünür. Məhəllə qurmağın mümkün olmadığının səbəblərini sonsuz sadalamaq asan deyilmi?

 Siz on səbəb göstərə bilərsiniz, mən daha on beş, azərbaycanlı tərəfdaşlarımız – iyirmi daha əlavə edə bilərəm. Və bütün səbəblərin öz məntiqi ola bilər. Ancaq arzu düşmənçiliyin davam etməsidirsə, bunu etmək ən asandır.

SUAL: –  İndiki ilə keçmişi müqayisə edəndə indi sülhü bərqərar etmək, Ermənistanla Azərbaycan arasında müqavilə imzalamaq, həmçinin Türkiyə ilə Ermənistan arasında münasibətləri normallaşdırmaq üçün doğru zamandır. Bu gün daha asandır?

CAVAB: –  Zəhmət olmasa, bir az fərqli cavab verməyə çalışacağam. İndi “doğru” zaman olduğunu iddia edə bilmərəm. Heç vaxt belə mükəmməl bir an olmaya bilər.

 Amma əminliklə deyə bilərəm ki, türkiyəli və azərbaycanlı həmkarlarım da bunu təsdiq edəcəklər ki, biz heç vaxt bir-birimizə bu qədər yaxın olmamışıq.

Ola bilsin ki, vaxtı düzgün deyil, bəlkə də heç vaxt olmayacaq, amma indi olduğumuz yeri vicdanla dəyərləndirsək, sülhə, sabitliyə heç vaxt bu qədər yaxın olmamışıq deyə bilərik.

SUAL: – Cənab nazir, şərhinizə görə sizə təşəkkür edirəm.

CAVAB:  – Mən sizə  təşəkkür edirəm.

Daha çox göstər
Back to top button