BaşlıcaSiyasət

Kaliforniyanın Cənub Dairə Məhkəməsi azərbaycanlı vəkilin Amerika Erməni Hay Dat Komitəsinə qarşı iddiasını rədd edib

Kaliforniyanın Cənub Dairə Məhkəməsi azərbaycanlı vəkil Aynu Bağırzadənin Amerika Hay Dat Komitəsinə qarşı qaldırdığı iddiaları rədd edib.

“Armenpress”in məlumatına görə, bununla bağlı Amerika Hay Dat Komitəsi bəyanat yayıb.

“Amerika Hay Dat Komitəsi Kaliforniyanın Cənub Dairəsinin federal məhkəməsinin Aynur Bağırzadənin iddiasını rədd etməsi ilə bağlı son qərarını alqışlayır. Açıq-aşkar anti-erməni davranışı və nifrətli çıxışı ilə tanınan bu azərbaycanlı vəkil Amerika Hay Dat Komitəsi və digər ictimai təşkilatlara qarşı əsassız iddialar qaldıraraq, başqa şeylərlə yanaşı, təqribən 7,5 milyon dollar təzminat tələb edib.

Təqdim edilmiş bütün iddia və vəsatətlər məhkəmə tərəfindən təmin edilməmişdir. Bu Azərbaycan praktikası sifarişli və əsassız məhkəmə çəkişmələri, müxtəlif vasitələrlə komitələrinin reputasiyasını ləkələmək, ayrı-ayrı erməni iş adamlarını hədəfə almaq cəhdləri və s. daxil olmaqla, xüsusilə Amerika və Avropada Hay Dat idarələrinin fəaliyyətinə maneələr yaratmaq siyasəti kontekstinə tam uyğun gəlir”, – deyə məlumatda bildirilir.

Daha çox göstər
Back to top button