BaşlıcaBeynəlxalq

Natali Luazo Kala Kallası  Azərbaycana səfər etmək planları üçün  tənqid edib

Avropa Parlamentinin fransalı deputatı Natali Luazo Avropa Birliyinin Xarici Siyasət və Təhlükəsizlik Siyasəti üzrə Ali nümayəndəsi Kaja Kallası tənqid edib.

O, vurğulayıb ki, Kallasın Bakıya planlaşdırılan səfəri səhv addımdır. “Armenpress”in məlumatına görə, Natali Luazo X sosial şəbəkəsində yazıb ki, Kaja Kallas avtoritar Azərbaycanı ziyarət etməklə və eyni zamanda Azərbaycandan hələ də təhdidlər alan Ermənistana səfər etməməklə səhv edir.

Deputat əlavə edib ki, Bakı AB üzvü olan bir ölkənin (Fransa nəzərdə tutulur) daxili işlərinə qəsdən müdaxilə edib və Rusiya ilə eyni cərgədə dayanıb, halbuki demokratik Ermənistan Avropaya doğru baxır.

Bundan öncə  məlum olmuşdu ki, Avropa  Birliyinin  Xarici Siyasət və Təhlükəsizlik Siyasəti üzrə Ali nümayəndəsi Kaja Kallas rəsmi səfərlə 25 aprel tarixində Azərbaycana gedəcək.

Səfər çərçivəsində o, Azərbaycan prezidenti İlham Əliyev və Xarici işlər naziri Ceyhun Bayramov ilə görüşəcək. Xarici İşlər naziri ilə görüşdən sonra mətbuat üçün bəyanatlar nəzərdə tutulur.

 Səfərin ikinci hissəsində Kaja Kallas Avropa Gənc səfirləri ilə də görüşəcəkdir.

Daha çox göstər
Back to top button