
Alman, Amerika, Britaniya və ya digər arxiv materiallarına ehtiyac yoxdur. Osmanlı sənədlərinə əsaslanaraq, ermənilərin məhv edilməsi qərarının 1914-cü il dekabrın 1-də verildiyini iddia etmək olar. Bunu “NEWS.am-a müsahibəsibdə türk tarixçisi və Erməni Soyqırımı üzrə mütəxəssisi Taner Akçam deyib.
“Bu, hələ də Osmanlı arxivlərində olan bir Osmanlı sənədidir. Bu sənədə görə, 1914-cü il dekabrın 1-də Erzrumda “Təşkilat Məxsus” adlı xüsusi bir təşkilat tərəfindən qərar verildi. “Təşkilat Məxsus”un da üzvü olan Ərzurum valisi Tahsin Bitlis və Vandakı erməni kişilərini məhv etmək qərarına gəldiklərini İstanbul hökumətinə bildirmiş. O teleqramı oxuduqdan sonra onları məhv etmələrini xahiş etmişdir.
Bu Osmanlı sənədində onlar “şübhəli ermənilərin məhv edilməsi” ifadəsini işlədirlər. İkinci mühüm sənəd, xatırladığım qədəriylə Behaidin Şakirin 3 mart 1915-ci il tarixli məktubudur. Həmin məktubda Şakir “Təşkilat Məxsus” üzvü olaraq “İttihad və Tərəqqi” partiyasının üzvünə mərkəzi komitənin Anadoludakı bütün erməni əhalisini məhv etmək qərarına gəldiyini rəsmən bildirir.
Mənim qiymətləndirməmə görə, qərar fevralın 18-i ilə martın 3-ü arasında verilib. Bu sənədlərə və əlimizdə olan bəzi digər materiallara əsasən asanlıqla demək olar ki, Osmanlı hökuməti, “İttihad və Tərəqqi” Partiyası erməni əhalisini qəsdən məhv edib”, – Taner Akçam bildirib.
Alimin fikrincə, Osmanlı İmperiyasında ermənilərin məhv edilməsi ideyası hələ ermənilərin məskunlaşdığı bölgələrdə islahatlar haqqında Rusiya-Türkiyə müqaviləsi imzalanan vaxtdan mövcud olub.
“Hesab edirəm ki, çox mühüm dönüş nöqtəsi 1914-cü il fevralın 14-də Rusiya ilə Osmanlı İmperiyası arasında imzalanmış ermənilərin məskunlaşdığı bölgələrin islahatları haqqında müqavilə oldu ki, bu müqaviləyə əsasən ümumiyyətlə Qərbi Ermənistan yarımmuxtar vilayət yaradılmalı idi. Osmanlı İmperiyasına çox aydın idi ki, bu, müstəqil Ermənistan dövlətinin başlanğıcıdır, çünki Osmanlılar XIX əsrdən etibarən təcrübə və bilik toplamışdılar. Yunanlar, bolqarlar, rumınlar, bosniyalılar, sonra livanlılar, bütün avropalı xristianlar bir-birinin ardınca eyni nümunə əsasında müstəqil oldular. Əvvəlcə müəyyən islahatlar, sonra muxtariyyət, sonra müstəqillik.
Osmanlı hökumətinin bu müqaviləni həyata keçirmək niyyəti yox idi və dünya müharibəsi başlayanda ilk işi Rusiya ilə bu müqaviləni ləğv etmək oldu. Təsadüfi deyil ki, bu islahat müqaviləsi imzalandıqdan sonra Osmanlı hökuməti Osmanlı imperiyasındakı bütün səfirlik və konsulluqlara bir sirkulyar göndərərək erməniləri şübhəli ünsürlər kimi təqdim etdi.
Onlar müharibəyə girən avqust ayından etibarən bütün Osmanlı İmperiyasına sirkulyarlar göndərilirdi ki, ermənilər şübhəli ünsür hesab olunur və onların hər bir hərəkəti izlənilməli və nəzarət edilməlidir. İslahat müqaviləsi imzalananda nəsə olacağı qorxusu artıq onların beynində idi”, – tarixçi bildirib.
Onun fikrincə, bu yolla Osmanlı imperiyası müstəqil Ermənistan dövlətinin yaradılmasının qarşısını almaq istəyirdi.
“Onlar düşünürdülər ki, ermənilər heç vaxt belə bir tələb irəli sürə bilməsinlər deyə, hamıdan yaxa qurtarmaq daha yaxşı olar. Bu, mənim iddiam deyil. Bunu Təlat Paşanın teleqramları və yazıları sübut edir. Tələt Suriyadakı ermənilərin çoxunu səhra əyalətlərinə deportasiya etməkdə cavebdeh olan Hələb valisinə və mühacir bürosuna teleqram göndərəndə qeyd edib ki, erməniləri o qədər ixtisar etmək lazımdır ki, daha bu üsyankar planı ortaya qoya bilməyəcəklər. Bu idi onların qorxusu”.
Dünya şöhrətli tarixçi ermənilərin Osmanlı imperiyasına sadiq olmadığı iddialarını rədd edir.
Ermənilərin və xüsusən də erməni partiyalarının Osmanlı hökumətinə ümumi münasibətini qiymətləndirsək, deyərdim ki, onlar son dərəcə loyal idi, onlar vəfasız ünsür deyildilər. Daşnaksütyun partiyasının üzvlərinin xatirələri göstərir ki, hətta 1914-cü ilin avqustunda keçirilən sonuncu qurultayda da Osmanlı hökuməti ilə razılığa gələ biləcəklərinə inananlar var idi.
“Deməli, ermənilər iddia etdikləri kimi o qədər də sədaqətsiz ünsür deyildilər, əksinə”, – o qeyd edib.







