BaşlıcaEkonomika

The Economist:   “Ermənistan Azərbaycandan yüksək həyat keyfiyyətinə malikdir, lakin Gürcüstandan aşağıdır”

“The Economist”in 193 ölkəni əhatə etdiyi reytinqə əsasən, Ermənistan Azərbaycandan daha yüksək həyat keyfiyyətinə malikdir, lakin Gürcüstandan aşağıdır.

2023-cü ilə olan məlumata görə, Gürcüstanda orta ömür uzunluğu 74,5 il, təhsil müəssisələrində orta təhsil müddəti 16,8 il, adambaşına düşən ümumi milli gəlir isə 20,753 dollardan çox olub. Ölkə 57-ci yerdədir.

Orta ömür uzunluğu 75,7 il, təhsil müəssisələrində orta təhsil müddəti 14,4 il, adambaşına düşən ümumi milli gəlir 20 221 dollar olan Ermənistan siyahıda 69-cu yerdədir.

Azərbaycan 81-ci yerdə qərarlaşıb. Reytinqə əsasən, burada orta ömür uzunluğu 74,4 il, təhsil müəssisələrində orta təhsil müddəti 12,9 il, adambaşına düşən ümumi milli gəlir isə 20 668 dollar təşkil edir.

Türkiyə 51-ci, Rusiya 64-cü, İran isə 75-ci yerdə qərarlaşıb.

Daha çox göstər
Back to top button