BaşlıcaEkonomika

ƏİİN: “Yerevan və Aşqabad Türkmənistandan Ermənistana qaz idxalı məsələsində hələlik ilkin razılığa gələ bilməyiblər”

“Ermənistan Respublikasının müvafiq qurumları Türkmənistandan Ermənistana qaz idxalı məsələsi ilə bağlı türkmən tərəfi ilə illərdir müxtəlif formatlarda müzakirələr aparır.

 Lakin tərəflər hələ ki, ilkin razılığa gəlməyiblər ki, onun nəticəsi də danışıqlara başlamağa imkan yaratsın”- deyə Ərazi İdarəetmə və İnfrastruktur nazirliyi Faktor TV-nin yazılı sorğusuna cavab olaraq bildirib.

Departament həmçinin qeyd edib ki, məsələ ilə bağlı müxtəlif vaxtlarda İran tərəfi ilə müzakirələr aparılıb. Bu müzakirələr çərçivəsində İran tərəfi müsbət rəy bildirib və tərəflər arasında ilkin razılıq əldə olunacağı təqdirdə tranzitlə bağlı detalları müzakirə etməyə hazır olduğunuqeyd edib.

Xatırladaq ki, Nikol Paşinyanın müşaviri Artaşes Tumanyan martın 26-da Yerevanda  keçirilən Ermənistan və Türkmənistan arasında İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 10-cu iclası zamanı bəyan etmişdi ki, Yerevan və Aşqabad Türkmənqaz dövlət konsernisindən təbii qazın alınmasına dair sövdələşmələr aparır və onun vasitəsilə qazın Türkmənistan ərazisinə çatdırılması mümkün olacaq.

Paşinyanın müşaviri həmçinin bildirib ki, son bir neçə ildə Ermənistan nümayəndə heyətləri Türkmənistana səfər edib və bu səfər zamanı bir sıra proqramlar, o cümlədən enerji sektoru ilə bağlı proqramlar müzakirə olunub.

Daha çox göstər
Back to top button