Mayın 17-18-də Ermənistanda 100-dən çox muzeyə giriş pulsuz olacaq

Ermənistan Respublikasının Təhsil, Elm, Mədəniyyət və İdman nazirliyi sizi Beynəlxalq Muzeylər Gününü qeyd etməyə və “Muzey Gecəsi” ümumavropa tədbirində iştirak etməyə dəvət edir.
Hər il Beynəlxalq Muzeylər Günündə bütün dünyada və Ermənistanda muzeylər vahid mövzu ətrafında birləşərək, ardıcıl tədbirlər, sərgilər və maarifləndirici proqramlarla özlərini təqdim edir, cəmiyyətin harmonik və davamlı inkişafı prosesində muzeylərin rolunu vurğulayırlar.
Mədəniyyət dialoqu platforması kimi proqrama qoşulmuş Ermənistan Respublikasında 100-dən çox muzey müxtəlif tədbirlərlə öz qapılarını ictimaiyyətin üzünə açaraq, müasir çağırışlarla mübarizə və mədəni irsin qorunması kontekstində muzeylərin mühüm missiyasını bir daha təsdiqləyəcək.
Bu il də yenə mayın 17-də saat 11:00-dan 24:00-dək muzeylər bütün ziyarətçilər üçün pulsuz, mayın 18-də isə: muzeyin əsas sərgi saatlarında açıq olacaq.
Beynəlxalq Muzeylər Günü 1977-ci ildə Beynəlxalq Muzeylər Şurası (ICOM) tərəfindən muzeyləri cəmiyyətin və bəşəriyyətin üzləşdiyi qlobal çağırışlar ətrafında birləşdirmək məqsədi ilə təsis edilib.
“Muzeylər Gecəsi” proqramı 2005-ci ildə Fransa Mədəniyyət və Kommunikasiya nazirliyinin təşəbbüsü, İCOM, YUNESKO və Avropa Şurasının himayəsi altında fəaliyyətə başlayıb. Ermənistan 2005-ci ildən Ümumavropa “Muzeylər gecəsi” tədbirinə qoşulub.







