
Mayın 14-də Ermənistan Respublikasının müdafiə naziri Suren Papikyan BMT-nin sülhməramlılıq üzrə nazirlər toplantısı çərçivəsində çıxış edib. Bu barədə Müdafiə nazirliyi məlumat yayıb.
Görüş iştirakçılarını salamlayan Suren Papikyan çıxışında Ermənistanın beynəlxalq sülhməramlı proseslərə dəstəyindən danışıb və ölkənin yeni öhdəliklərini təqdim edib.
Bu öhdəliklərə BMT-nin sülhməramlı missiyalarında iştirak üçün müvafiq hazırlığa malik heyətin təqdim olunması, Ermənistanda sülhməramlıların hazırlığı üzrə beynəlxalq təlimlərin təşkili və BMT missiyalarında qadın sülhməramlıların iştirakının artırılmasına dəstək verən tədbirlərin həyata keçirilməsi daxildir.







