
Avropa Şurası Nazirlər Komitəsi çərçivəsində Ermənistanın Xarici işlər N\naziri Ararat Mirzoyan çıxış etdi.
Ermənistan Xİ naziri aziri Ararat Mirzoyan:
“Bu gün ciddi çağırışlarla üzləşmişik. Çoxtərəfliliyin dağılması, insan hüquqları sisteminin zəifləməsi, demokratik dəyərlərin geri çəkilməsi ilə bağlı narahat edici tendensiyalar və demokratik qurumlara qarşı cəmiyyətdə artan məyusluq, həmçinin hibrid təhlükələr bu çağırışların bir hissəsini təşkil edir.
Bu kontekstdə demokratik idarəetməyə olan etimadın bərpası, onun əsas prinsiplərinin möhkəmləndirilməsi və mənalı uyğunlaşdırılması, ümumi dəyərlərimizin müdafiəsi və təşviqi üçün həyati əhəmiyyət daşıyır.
Burada Baş Katibin və onun komandasının Avropa üçün “Yeni Demokratik Pakt”ın hazırlanması və təqdimatı istiqamətində gördüyü dəyərli işi vurğulamaq istərdim.
Ermənistan bu təşəbbüsə dəstəyini bir daha təsdiqləyir və demokratiyanı daha davamlı, qapsayıcı və gələcəyə hazır etmək məqsədlərinin həyata keçirilməsində aktiv iştirak etməyə hazırdır.
Bu kontekstdə qeyd etmək istərdim ki, mənim ölkəm demokratiyanın təmərküzlərinin möhkəmləndirilməsi və müxtəlif indekslərdə mövqeyinin yaxşılaşdırılması istiqamətində irəliləyiş əldə edib, xüsusilə son dövrlərdə mətbuat azadlığı baxımından regionda lider mövqe tutur.
Demokratik hesabatlılıq və hüququn aliliyinin təmin edilməsi kontekstində biz Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) roluna, Məhkəmənin qərarlarının tədbirlərin effektiv icrasına xüsusi diqqət yetiririk.
Sonuncu, humanitar məsələlərin həlli baxımından əhəmiyyətlidir. AİHM-in qəti qərarlarının icrası sahəsində əldə edilən müşahidə olunan irəliləyişlə Ermənistan uyğun qərarların ardıcıl icrasına sadiqliyini təsdiq edir.
Mənim ölkəm həmçinin ətraf mühit problemlərinin effektiv həllinə yönələn səylərdə aktiv iştirak edir və BMT-nin Bioloji Müxtəliflik Konvensiyasına Tərəf Olanların 17-ci Konfransının (COP-17) sədri kimi öz səylərini ikiqat artıracaq.
Hörmətli həmkaralar,
Mövcud geopolitik gərginlik və qeyri-müəyyənlik şəraitində Ermənistan Respublikası Cənubi Qafqazda davamlı sülh və rifahın təşviqinə sadiq qalmaqdadır.
Bildiyiniz kimi, Ermənistan və Azərbaycan Sülh Müqaviləsinin layihəsinin razılaşdırıldığını və yekunlaşdırıldığını elan ediblər.
Diqqəti çəkən odur ki, bu gün qəbul edilən Nazirlər Komitəsinin qərarlarından birində bu mühüm məqam bir daha qeyd edilir və müqavilənin tezliklə imzalanması və təsdiq edilməsinə çağırış edilir.
Ermənistanın bu yolda heç bir gecikmə olmadan irəliləməyə hazır olduğunu bir daha təsdiq edirəm”.







