
Amerika Birləşmiş Ştatlarının dövlət katibi Marko Rubio bəyan edib ki, Ermənistanla Azərbaycan arasında real silahlı münaqişə riski hələ də qalmaqdadır və Vaşinqton bunun qarşısını almağa çalışır.
“Armenpress”in məlumatına görə, bu barədə Rubio ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici İşlər Komitəsində dinləmələr zamanı bildirib.
“Azərbaycana gəlincə, bizim əsas diqqətimiz Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olmasına yönəlib. Orada real münaqişə riski var, biz bunun qarşısını almağa çalışırıq”,- deyə o qeyd edib.
Marko Rubio əlavə edib ki, Vaşinqton təkcə mümkün münaqişənin qarşısını almağa çalışmır, həm də Azərbaycanda məhbuslar və insan hüquqlarının müdafiəsi məsələləri ilə məşğul olur.
“Reallıq ondan ibarətdir ki, biz bir çox hallarda ideal modeli olmayan ölkələrlə məşğul olmalıyıq, lakin biz onlarla milli maraqlarımız üçün məşğul olmalıyıq və biz bütün bunları – milli maraqlarımızı və diplomatiyamızı tarazlaşdıra bilməliyik”, – ABŞ dövlət katibi vurğulayıb.







