BaşlıcaSiyasət

Azərbaycan Rusiyadan talış müxalifətçisini Bakıya aparıb

Azərbaycanın Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Yekaterinburqda yaşayan 71 yaşlı müxalifətçi Zahirəddin İbrahimovu həbs edib.

РБК Azərbaycan mətbuatına istinadən yazır ki, İbrahimov Dağlıq Qarabağ Respublikasının keçmiş dövlət naziri Ruben Vardanyan və Dağlıq Qarabağ Respublikasının keçmiş prezidenti Arayik Harutyunyanın da saxlandığı Dövlət Təhlükəsizlik Xidmətinin istintaq təcridxanasındadır.

Azərbaycan mətbuatı bununla bağlı təfərrüatlı məlumat vermirlər, yaırlar ki, Zahirəddin İbrahimov Azərbaycanda Milli Azlıqların Hüquqlarını Müdafiə Komitəsinə rəhbərlik edib. O, bu qurum adından 2005-2020-ci illərdə Yerevanda təşkil olunan tədbirlərdə iştirak edib.

İbrahimovun vəkili Syayarə Əliyeva Azərbaycan mətbuatının verdiyi məlumata görə, müvəkkilinin Dövlət Təhlükəsizliyi Xidmətində ilkin həbsdə olduğunu təsdiqləyib. Onun sözlərinə görə, İbrahimov Ermənistanla əlaqələrinin olduğunu etiraf edib və ifadə verir.

Xatırladaq ki, bir ay əvvəl Azərbaycan Talış İctimai Şurasının (ATİS TV) YouTube kanalı İbrahimovun 2025-ci il martın 26-da səhər saatlarında işə gedərkən yoxa çıxması barədə məlumat yayıb. Yekaterinburqdakı evindən çıxandan 15 dəqiqə sonra qohumları onunla əlaqəni kəsib. Sonradan onun Azərbaycana aparıldığı bildirilib.

ATIS TV-nin məlumatına əsasən, İbrahimov 1997-ci ildə Azərbaycandan Yekaterinburqa köçüb, orada 2002-ci ildə Rusiya vətəndaşlığını alıb. 2010-cu illərin əvvəllərində İbrahimov “Talış Mədəniyyət Mərkəzi” QHT-nin təsisçilərindən biri olub.

Daha çox göstər
Back to top button