
Bu il Syunikdə keçirilən Ermənistan-Fransa qeyri-mərkəzləşdirilmiş əməkdaşlığın 5-ci konfransı bu gün regionun qubernatoru Robert Qukasyanın da iştirak etdiyi yekun sessiya ilə iki günlük işinə yekun vurub. Bu barədə Syunik qubernatorunun aparatı məlumat verib.
Əvvəlcə ötən gün təşkil olunmuş dəyirmi masaların nəticələri müzakirə olunub. Sonra Fransa İcmaları İttifaqının baş direktoru Virjini Ruket koordinasiyası ilə hər iki tərəfin nümayəndələri mövcud əməkdaşlıq və onun inkişaf perspektivlərindən danışıblar.
Lion merinin beynəlxalq əməkdaşlığa məsul müavini, Fransa Birləşmiş İcmalarının “Ermənistan” qrupunun prezidenti Sonia Zdoroftsov, Ermənistan Respublikası Parlqamentinin deputatı Armen Xaçatryan, Stepanavan şəhərinin meri, Ermənistan İcmalar İttifaqının “Fransa” qrupunun prezidenti Armen Grigoryan, Vayots Dzor qubernatorunun müavini Arsen Xaçatryan, O-de-Frans regionunun müşaviri Jan-Pol Myulon, Qrenobl şəhərinin meri Erik Piol, Fransanın Avropa və Xarici İşlər Nazirliyinin Ermənistan-Fransa proqramlarının koordinatoru Florens Provandie çıxış ediblər.
Konfrans Ermənistan Respublikasının ərazi idarəetmə və infrastruktur nazirinin müavini Vardan Kostanyanın çıxışı ilə yekunlaşıb. Konfransın yekun bəyanatı da verilib.
Ermənistan-Fransa qeyri-mərkəzləşdirilmiş əməkdaşlığın növbəti, 6-cı konfransı Fransanın Qrenobl şəhərində keçiriləcək.







