
Ermənistanla bir sıra digər Avropa ölkələri arasında strateji tərəfdaşlığa dair ikitərəfli sənədlərin imzalanması istiqamətində iş aparılır.
“Armenpress-in məlumatına görə, bunu xarici işlər nazirinin müavini Vahan Kostanyan Parlamentin daimi komitələrinin birgə iclasında 2024-cü il dövlət büdcəsinin icrasına dair illik hesabatın təqdimatı zamanı deyib.
O, xatırladıb ki, Ermənistan Fransa ilə strateji tərəfdaşlıq sənədinin imzalanması üzərində işləyir. Bu ilin martında Ermənistan və Hollandiya oxşar tərəfdaşlıq sazişi imzalayıblar.
“Həmçinin bir sıra digər Avropa ölkələri ilə də analoji ikitərəfli sənədlərin imzalanması istiqamətində iş aparılır”, – Kostanyan bildirib.







