BaşlıcaSiyasət

Ermənistan Silahlı Qüvvələrində genişmiqyaslı islahatları davam etdirir

Ermənistan Silahlı Qüvvələrdə genişmiqyaslı islahatları, o cümlədən ölkənin ərazi bütövlüyünü, suverenliyini və demokratiyasını qorumaq olan müasir silahlara yiyələnməkdə davam edir.

“Armenpress”in məlumatına görə, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan APRI-2025 konfransında “Qeyri-sabit dünyada sabitliyin tapılması” adlı panel müzakirəsi zamanı Ermənistanın təhlükəsizliyinin təmin edilməsinin komponentləri barədə danışarkən qeyd edib.

“Ermənistan Silahlı Qüvvələrdə genişmiqyaslı islahatlar həyata keçirməkdə davam edir. Ermənistan əsas məqsədi ölkənin ərazi bütövlüyünü, suverenliyini və demokratiyasını qorumaq olan müasir silahlar əldə edir. Bunlar bizim prioritetlərimizdir. Biz regionda baş verən prosesləri də nəzərə alırıq və bununla bağlı imkanlar əldə edirik”, – Qriqoryan bildirib.

Təhlükəsizlik Şurasının katibi vurğulayıb ki, bütün bunlar açıq şəkildə danışılmır, amma reallıqda bu islahatların nəticələri artıq görünür. “Biz öz imkanlarımızı artırmaqda davam edirik və həmçinin başa düşürük ki, ümumi təhlükəsizliyin təmin edilməsi üçün təkcə müasir silahlara və orduya malik olmaq deyil, həm də balanslaşdırılmış xarici siyasət aparmaq vacibdir”, – deyən Armen Qriqoryan Ermənistanın problemlərinin əksəriyyətini diplomatik vasitələrlə həll etməyə çalışdığını vurğulayıb.

Daha çox göstər
Back to top button