BaşlıcaEkonomika

Rusiya Ermənistanın qaz sistemini 2028-ci ilə, dəmir yolu şəbəkəsini isə 2038-ci ilə qədər modernləşdirməyi planlaşdırır

Abovyan qaz anbarının genişləndirilməsinə, qaz kəmərlərinin yenidən qurulmasına və yeni abonentlərin qoşulmasına investisiyalar 270 milyon dollar təşkil edir. Bu barədə “Roscongress” jurnalı məlumat yayıb.

İşlərin başa çatdırılması 2028-ci ilə nəzərdə tutulub.

Rusiya Ermənistanın qaz sistemini 2028-ci ilə, dəmir yolu şəbəkəsini isə 2038-ci ilə qədər modernləşdirməyi planlaşdırır.

“Cənubi Qafqaz Dəmir Yolları” QSC-nin hərəkət heyətinin bərpasına investisiyalar 445 milyon dollar təşkil edib. İşlərin başa çatdırılması 2038-ci ilə nəzərdə tutulub.

Bundan əlavə, Rusiya Federasiyası məlumatların emalı mərkəzinin yaradılmasına 30 milyon dollar sərmayə qoyub.

Mərkəz 2024-cü ildə Abovyanda tikilib və 2025-ci ildə tam modernləşdiriləcək.

Ermənistanda Rusiya kapitallı 300-ə yaxın şirkət fəaliyyət göstərir.

Rusiya Ermənistanın enerji sisteminə, rabitə və nəqliyyat sektorlarına sərmayə qoyur.

Daha çox göstər
Back to top button