BaşlıcaSiyasət

ER Xİ naziri və AB-nin diplomatiya rəhbəri regiondakı vəziyyəti müzakirə ediblər

Ermənistan Respublikasının Xarici işlər naziri Ararat Mirzoyan Avropa Komissiyasının vitse-prezidenti, AB-nin Xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas ilə telefon danışığı aparıb.

Alınan məlumata görə, bu barədə Ermənistan Xarici işlər nazirliyi məlumat yayıb.

Söhbət zamanı regiondakı vəziyyət, o cümlədən İrana da toxunulub. Regionda sabitliyin təmin olunmasına yönəlmiş səylər ətrafında fikir mübadiləsi aparılıb.

Humanitar məsələlər kontekstində üçüncü ölkə vətəndaşlarının İrandan Ermənistan ərazisi ilə təxliyə olunması imkanlarına və qeydə alınmış göstəricilərə toxunulub.

Ermənistanın Xarici işlər naziri və AB-nin ali nümayəndəsi Ermənistan və Azərbaycan arasında münasibətlərin tənzimlənməsi prosesində son müzakirələrə də toxunublar.

Ermənistan-AB əməkdaşlığına toxunan Ararat Mirzoyan və Kaya Kallas yaxın vaxtlarda nəzərdə tutulan təmasların gündəliyi ətrafında da fikir mübadiləsi aparıblar.

Daha çox göstər
Back to top button