Başlıcaİctimaiyyət

Viterbo yepiskopu Orazio Françesko Piazza Ermənistana səfər edəcək

Viterbo yepiskopu Orazio Françesko Piazza iyulun 5-də Ermənistana həcc ziyarətinə gələcək. “Armenpress”in “Assadakah news”a istinadən verdiyi məlumata görə, səfər Viterbo yeparxiyasının tarixində ilkdir və dərin mənəvi xarakter daşıyır.

Yepiskop bunu Ararat dağına toxunmağın simvolik hissi ilə müqayisə edir və bunu turizm deyil, “sivilizasiyaya giriş” adlandırır.

“Ömrün boyu bir arzunun arxasınca gedəndə elə an gəlir ki, ona son qoyub getməlisən. Bu, zorakılığa, dağınıqlığa və unudulmaya tab gətirərək, zaman və təlatümlər qarşısında öz şəxsiyyətini qoruyub saxlaya bilmiş bir xalqla ünsiyyət qurmaq zərurət idi”, – yepiskop deyir.

O, Ermənistana bir neçə din xadimi ilə gələcək. Onun fikrincə, bu ziyarət təkcə erməni ritual və mənəvi dərinliyini öyrənmək üçün deyil, həm də əsrlər boyu əzab-əziyyət çəkmiş, şəhid olmuş bir xalqın tarixi-mədəni kimliyini dərk etmək üçün bir fürsətdir.

Yepiskop Piazza qeyd edib ki, erməni yepiskoplarından biri  deyib: “Ermənistana bir dəfə səfər etmək mümkün deyil. Təəssüratlar tam mənzərəni formalaşdırmaq üçün ikinci səfər tələb edir”.

Yepiskop Vatikanın erməniləri unutduğuna dair fikirləri rədd edərək, Fransisk də daxil olmaqla bir neçə Papalarnın ermənilərin başına gələnləri təsvir etmək üçün ilk dəfə “soyqırım” ifadəsini işlətdiyini xatırladır.

O, vurğulayıb ki, ən vacib olan canlı yaddaş və birbaşa tanınmadır. Onun sözlərinə görə, ziyarətin məqsədi imanını müqəddəs ocaq kimi qoruyub saxlayanların səsinə qulaq asaraq, özünü yenidən kəşf etmək, imanı təzədən tanımaq üçün insanlarla görüşməkdir.

Yepiskop Ermənistanı şəxsiyyətin tez-tez itirildiyi dünyada mənəvi, sosial və mədəni sabitliyin nümunəsi kimi qəbul edir. Onun fikrincə, Müqəddəs Qriqorinin fiquru erməni gerçəkliyini dərk etmək üçün açardır və bu səfər də Ararat zirvəsinə qalxmaq kimi erməni xalqının mənəvi mahiyyətini tanımaq cəhdi olacaq.

Daha çox göstər
Back to top button