BaşlıcaSiyasət

AI Azərbaycanda jurnalistlərin həbs qərarını pisləyib

Azərbaycanda jurnalistlərə və siyasi fəallara hökm ilə bağlı Avropa Xarici Əlaqələr Xidməti bildirib ki,
“Abzas Media”nın jurnalistləri və əməkdaşlarına ağır həbs cəzası verilməsi narahatedici hadisədir.

“Müstəqil jurnalistika şəffaflığın, hesabatlılığın və məlumatlı ictimai müzakirənin qorunmasında mühüm rol oynayır. Avropa İttifaqı Azərbaycanı insan hüquqlarına və azadlıqlarına hörmət etməyə, beynəlxalq öhdəliklərini yerinə yetirməyə, həmçinin media işçilərinin təhlükəsiz və əlverişli mühitdə fəaliyyətinə şərait yaratmağa çağırır”.

Aİ hələ də Azərbaycanla insan hüquqları sahəsində dialoqu və əməkdaşlığı davam etdirməyə sadiqdir.

Daha çox göstər
Back to top button