
İstanbulda 21-22 iyun tarixlərində keçirilmiş İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici işlər nazirləri şurasının növbəti iclasının nəticəsində qəbul edilmiş bəyanatı, habelə ayrı-ayrı qətnamələrdə Ermənistan və regiona aid olan hissələr yanlış istiqamətləndirici, qəbuledilməz və son dərəcə narahatlıq doğurandır.
Bu barədə EİD (Erməni İnqilab Daşnaktyutyun) Bürosunun Hay Dat Mərkəzi Şurası bəyanat yayıb.
“Regionda baş vermiş tarixi-siyasi hadisələr və faktlar, eləcə də hazırda gedən proseslər tamamilə saxtalaşdırılmış şəkildə təqdim olunur.
Sözdə “Qərbi Azərbaycan” və ya “mövcud Ermənistan” kimi ifadələrin yanında rəsmi Bakı dövlət təbliğat maşınının xarakterik olduğu belə saxta tələblər yer alıb ki, onlar sözdə “məcburi və sistematik köçürülmüş” azərbaycanlıların qayıtmaq hüququnun həyata keçirilməsinə, islam mədəni irsinin məhv edilməsinə və s.-ə aiddir.
Ermənistan, “Qərbi Azərbaycan”ın icmasını təmsil edən təşkilatlarla dialoqa getməməsinə görə tənqid edilir. Üstəlik, Ermənistana sülh müqaviləsinin imzalanması uğrunda Azərbaycanın qanunsuz və uydurma tələblərini ödəmək tələbi irəli sürülür”, — xüsusilə Şuranın yaydığı bəyanatda qeyd olunur.
Hay Dat Mərkəzi Şurası, Qarabağ-Azərbaycan münaqişəsini təkəbbürlü şərtlərlə təqdim etməyə və Qarabağ məsələsinin mahiyyətini saxtalaşdırmağa çalışan İslam Əməkdaşlıq Təşkilatının Xarici işlər nazirlərinin Şurasının İstanbul bəyanatını və ayrı-ayrı qətnamələrini sərt şəkildə qınayır.
“Qeyd etmək lazımdır ki, Qarabağ münaqişəsinin başlanması öz müqəddəratını təyinetmə hüququnun həyata keçirilməsinə qarşı olan azərbaycanlı təcavüzü ilə şərtlənmişdi.
Təəssüf ki, bütöv İslam dünyası adından çıxış edən bu təşkilat bir daha Azərbaycanın uydurma tələblərinə uyur və təhlükəli bir vəziyyət yaradır ki, bu da həm Cənubi Qafqazda, həm də qonşu regionlarda xristian və müsəlman əhalinin sülh içində birgə yaşamasına təhdid ola bilər.
Azərbaycan tərəfindən bu nəhəng təşkilatın dinlərarası münaqişələr alovlandırmaq məqsədi ilə istifadə edilməsi İslam ölkələri tərəfindən rədd edilməlidir.
Həmçinin son dərəcə qəribədir ki, İslam Əməkdaşlıq Təşkilatının Xarici işlər nazirlərinin şurası, Yaxın Şərqdə İsrailin cinayətkarlıq siyasətini pisləyərkən, eyni zamanda regionda İsrailin əsas strateji müttəfiqi olan Azərbaycanın hərəkətlərinə, həmin təşkilatın məqsədlərinə və əsas üzv dövlətlərinin siyasi mövqelərinə zidd olan hərəkətlərinə toxunmayıb.
Siyasi riyakarçılığın və– Azərbaycanın uydurma tələblərini təkrar etməklə, eyni zamanda Azərbaycan tərəfindən Ermənistan Respublikasının ərazilərinin işğalı olunması faktını, soyqırım siyasəti ilə – Dağlıq Qarabağda etnik təmizləmə faktının təkəbbürlüyün aşkar nümayişidir.
Qarabağ ermənilərinin qayıtmaq hüququnun həyata keçirilməsi və əsirlərin azad buraxılması zərurətini, Qarabağın erməni tarixi-mədəni irsinin qorunmasını və regionda Azərbaycan tərəfindən sülhün pozulmasına yönəlmiş digər hərəkətləri unudur.
Spyurkun (Erməni diasporunun) özünəməxsus bir hissəsi – Yaxın Şərqin müxtəlif ölkələrində yaşayaraq öz təcrübəsi ilə bilir ki, xristian və müsəlman xalqların sülh içində birgə yaşaması mümkündür.
Buna görə də, dinlərarası nifrəti alovlandırmağa yönəlmiş Azərbaycan siyasəti və onlara tərəfdar çıxmağa çalışan beynəlxalq cəhdlər qətiyyətlə rədd edilməlidir.
Dünya hadisələrinin belə bir dövründə, beynəlxalq hüquq böyük və kiçik qüvvələr tərəfindən tapdalanırkən, BMT Nizamnaməsinin və beynəlxalq hüququn prinsiplərinə, həmçinin “sülhün, mərhəmətin, tolerantlığın, bərabərliyin, ədalətin və insan ləyaqətinin yüksək İslam dəyərlərinə” sadiqlik bəyan edən İslam Əməkdaşlıq Təşkilatından həmin prinsiplərə uyğun mövqe gözləyirik” – deyərək Hay Dat Bürosunun Hay Dat Mərkəzi Şurasının bəyanatı belə qətiyyətləndirilir.







