
AŞ PA-nın yay sessiyasında Ermənistan Parlamentinin nümayəndə heyətinin üzvü Armen Gevorqyan Avropa Şurası Nazirlər Komitəsinin sədri, Malta Respublikasının Xarici işlər, Avropa işləri və Ticarət naziri Yan Borqa sual ünvanlayaraq qeyd edib ki, erməni məhbuslara qarşı biabırçı məhkəmə prosesləri Avropa Şurasının Azərbaycana təsirini davam etdirməkdədir.
“Bilirsiniz ki, hazırda Azərbaycanda erməni məhbuslara qarşı biabırçı məhkəmə prosesləri gedir. Bu təşkilat indiyədək Azərbaycan hakimiyyətinə ciddi təsir göstərə bilməyib və onların taleyinin ədalətli və ləyaqətli həllini təmin edə bilməyib.
Nə üçün Avropa Şurası bu vəziyyətə təsir edə bilmir? Bu, dünyada hələ də demokratik dəyərlərə inananlara, xüsusən də bu dəyərlərə güclü təzyiq altında olanlara hansı mesajı verir”.
“Biz bütün üzv dövlətləri bu təşkilatın qəbul etdiyi dəyərlərə sadiq qalmağa və “Avropa Şurasına daxil olarkən üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirməyə” çağırmaqdan başqa heç nə edə bilmərik. Biz tələb edirik ki, təkcə Azərbaycan və Türkiyə deyil, digər dövlətlər də bu öhdəlikləri yerinə yetirsinlər” – deyərək Avropa Şurası Nazirlər Komitəsinin sədri cavabında bildirib.







