
Fransa Prezidenti Emmanuel Makron iyunun 29-da Ermənistanın Baş naziri Nikol Paşinyanla telefon danışığını müsbət qiymətləndirib.
Aınan məlumata görə, Emmanuel Makron X mikrobloqunda Ermənistanın Baş naziri ilə çox yaxşı telefon danışığı apardığını qeyd edib:
“Mən Fransanın erməni demokratiyasının sabitliyini pozmaq cəhdlərinə qarşı mübarizədə həmrəy olduğunu bildirdim.
Mən də onun Azərbaycanla sülhün bərqərar olması və Türkiyə ilə münasibətlərin normallaşdırılması istiqamətində göstərdiyi cəsarətli səyləri dəstəklədiyimizi bir daha təsdiqlədim.
Sülh və açıq sərhədlər bütün region üçün mühüm inkişaf olacaq” –deyə Fransa Prezidenti yazısında bildirib.







