BaşlıcaBeynəlxalqİctimaiyyət

Ermənistan NATO-nun Agile Spirit hərbi təlimində müşahidəçi qismində iştirak edəcək

NATO-nun “Agile Spirit 2025” hərbi təlimləri iyulun 25-dən avqustun 6-dək Gürcüstanda keçiriləcək. Bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

“İyulun 25-dən avqustun 6-dək Gürcüstanda “Agile Spirit 2025” çoxmillətli beynəlxalq hərbi təlimlər keçiriləcək. Gürcüstan artıq 12-ci dəfədir ki, təlimlərə ev sahibliyi edəcək. “Agile Spirit 2025″ tədbiri iştirakçı ölkələrin müdafiə qüvvələrinin döyüş hazırlığını artırmaq, əməkdaşlıq və əməliyyat imkanlarını gücləndirmək məqsədi daşıyır”, – məlumatda deyilir.

Təlimlərin əsas komponentləri komanda-qərargah hissəsi, Senak-Vaziani yolu hissəsində gürcü-amerikan taktiki kolonnası, döyüş atışlı təlimlərlə kombinə edilmiş təlim, xüsusi əməliyyat qüvvələrinin birgə əməliyyatları və Gürcüstan Müdafiə Qüvvələrinin Döyüş Hazırlığı Mərkəzinin yoxlanılması olacaq.

Daha çox göstər
Back to top button