BaşlıcaSiyasət

Rusiyada azərbaycanlılardan Qarabağ müharibəsi ilə bağlı suallar verilib və Rusiya limanlarına giriş qadağan edilib

2024-cü il iyulun 8-də Rusiyanın Tuapse limanında Liberiyada qeydiyyatdan keçmiş “Asia Minor” (IMO 9754161) gəmisi əqazasında Azərbaycan vətəndaşlarının olması səbəbilə yoxlanılıb.

Bu barədə VÇK-OGPU məlumat yayıb.

Liman ərazisinə daxil olarkən sərhəd nəzarəti zamanı Rusiya Federasiyasının nəzarət orqanlarının işçiləri heyətin Azərbaycan vətəndaşı olan üzvlərini fərdi şəkildə sorğu-suala tutublar.

Sorğu edilən şəxslərin mobil telefonları yoxlanılıb, onların qalereyası, əlaqə siyahısı, Telegram mesajları və brauzer tarixçəsi araşdırılıb.

Bundan əlavə, onlardan Qarabağ müharibəsində iştirakı ilə bağlı təxribat sualları verilib.

Yoxlamanın nəticəsində dənizçi Sadi Abbasova və mühəndis Elmar Şıxməmmədova şifahi şəkildə bildirilib ki, bundan sonra onlara Rusiya limanlarına giriş qadağan edilib.

Rusiya silahlı qüvvələrinin bu hərəkətləri Rusiya-Azərbaycan münasibətlərində gərginliyi daha da artırır

Daha çox göstər
Back to top button