
Azərbaycan Aktau yaxınlığındakı təyyarə qəzası ilə bağlı beynəlxalq məhkəmələrdə Rusiyaya qarşı iddia qaldırsa, Moskva rəsmi qərarları gözləyəcək. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinq zamanı deyib.
Bundan əvvəl KİV-lər Aktau yaxınlığında AZAL-a məxsus təyyarənin qəzaya uğraması ilə bağlı Bakının beynəlxalq məhkəmələrə təqdim etmək üçün sənədlər hazırlaması barədə məlumat yayıb.
“Faktla bağlı istintaq hərəkətləri aparılır, araşdırma aparılır. Əgər Azərbaycan belə bir qərar verərsə, bu, Azərbaycanın haqqıdır, rəsmi qərarları gözləyəcəyik”.
Peskov Azərbaycan-Rusiya hazırkı münasibətlərinə toxunaraq qeyd edib ki, “Ümid edirik ki, bu müddət keçəcək”.
Kreml nümayəndəsinin qeyd etdiyi kimi, Rusiya Federasiyasındakı Azərbaycan diasporu nümayəndələrinin böyük əksəriyyəti qanuna tabe olan vətəndaşlardır. Yalnız qanunu pozanlar cinayət məsuliyyətinə cəlb edilir.
O əlavə edib ki, “qanunları pozanlar qanunla təqib olunur”.







