BaşlıcaSiyasət

Azərbaycanın Dağlıq Qarabağda apardığı etnik təmizləməni pisləyən qətnamələr ABŞ Senatına və Nümayəndələr Palatasına təqdim edilib

Amerika Birləşmiş Ştatlarının senatoru Coş Houllin Senata və nümayəndə Rayli Mur ABŞ Nümayəndələr Palatasına Azərbaycan tərəfindən Dağlıq Qarabağda ermənilərə qarşı etnik təmizləmə də daxil olmaqla xristianlara qarşı təqibləri pisləyən qətnamələr təqdim ediblər.

“Armenpress”in məlumatına görə, bu barədə Amerikadakı Hay Dat Komitəsinin (ANCA) yaydığı bəyanatda deyilir.

“Bu ikitərəfli qətnamələr Konqresin erməni xristianların üzləşdiyi ekzistensial təhlükələri, xüsusən 2020-2023-cü illərdə Azərbaycan tərəfindən Artsaxda etnik təmizləmə apardığının tanınmasını əks etdirir və gücləndirir”, – ANCA-nın icraçı direktoru Aram Hambaryan qətnamələrə istinad edərək qeyd edib.

Qətnamələrdə həm Türkiyədə, həm də Suriyada yaşayan xristianların hüquqlarına toxunularaq, hər iki ölkədə yaşayan erməni xristian əhalisinin sistematik təqiblərlə üzləşdiyi vurğulanır.

Qətnamələrdə həmçinin 2020-2023-cü illərdə Dağlıq Qarabağda Azərbaycan tərəfindən erməni xristianlara qarşı həyata keçirilən etnik təmizləmə xatırladılır və yerli erməni mədəni irsinin də məhv edildiyi vurğulanır.

Türkiyə ilə bağlı qətnamədə xristianların uyğun ibadət yerləri tapmaqda çətinlik çəkdiyi, missionerlərin milli təhlükəsizliklə bağlı saxta ittihamlarla ölkəni tərk etməyə məcbur edildiyi, xarici din xadimlərinin ölkədə qalmaları üçün maneələrlə üzləşdiyi qeyd olunur.

Qətnamədə Suriyadakı xristian əhali ilə bağlı vəziyyətə istinad edilərək deyilir: “Xristian azlıq yaraqlılar və terrorçuların hücumları səbəbindən yox olmaq təhlükəsi ilə üzləşməkdə davam edir”.

Nümayəndələr Coş Hauli və Rayli Mur tərəfindən təqdim edilən 327 və 594 saylı qətnamələrdə rəsmilər ABŞ prezidenti Donald Trampı ABŞ-ın xarici siyasət gündəliyinin bir hissəsi kimi təqib olunan xristianların müdafiəsini prioritetləşdirməyə çağırırlar.

Amerikadakı Hay Dat Komitəsinin bəyanatında deyilir: “Qətnamələr administrasiyanı müsəlmanların çoxluq təşkil etdiyi ölkələrlə diplomatik əlaqə saxlamağa və dini azadlığı təşviq etmək üçün ticarət və milli təhlükəsizlik danışıqları da daxil olmaqla bütün mövcud vasitələrdən istifadə etməyə çağırır”.

Bundan əlavə, “Açıq Qapılar Qlobal İzləmə Siyahısı 2025” göstərib ki, dünyada 380 milyondan çox xristian təqib və ayrı-seçkiliklə üzləşir, onların əksəriyyəti müsəlmanların çoxluq təşkil etdiyi ölkələrdə cəmləşib.

Hesabatda, o cümlədən Türkiyə, Suriya və Azərbaycanda zorakılıq və həbsdən tutmuş zorla dinə çevirmə və mədəni məhvə qədər olan dini təzyiq qeyd olunur.

Daha çox göstər
Back to top button