BaşlıcaEkonomika

Avstriyanın OMV enerji qrupu bildirib ki, öz emal zavodlarına tədarük edilən Azərbaycan nefti yüklərində orqanik xlorid çirklənməsi aşkar edilib

Avstriyanın OMV enerji qrupu bildirib ki, öz emal zavodlarına tədarük edilən Azərbaycan nefti yüklərində orqanik xlorid çirklənməsi aşkar edilib.

Qurum əlavə edib ki, tədarükdə fasilələrin qarşısını almağa nail olub. Bu barədə Reuters məlumat yayıb.

Keçən həftə Bakı-Tbilisi-Ceyhan neft boru kəməri ilə daşınan Azərbaycan xam neftində orqanik xlorid çirklənməsi aşkar olunub, bu isə qiymətlərin dörd ilin ən aşağı səviyyəsinə enməsinə və bir neçə gün Ceyhan terminalından neft çatdırılmasının gecikməsinə səbəb olub.

OMV bildirib ki, çirklənmə keyfiyyətə nəzarət prosedurları zamanı aşkarlanıb.

Şirkət yanacaq təchizatının davamlılığını və təhlükəsizliyini təmin etmək məqsədilə alternativ mənbələrdən neft tədarük etmək üzərində çalışır, lakin çirklənmiş Azərbaycan nefti ilə nə edəcəyi barədə məlumat verməyib.

Orqanik xloridlər sənayedə istifadə olunur — neft hasilatını yaxşılaşdırmaq, quyuları təmizləmək və xam neftin axınını sürətləndirmək üçün, lakin bu birləşmələr neft boru kəmərlərinə daxil olmamış əvvəlcə təmizlənməlidir.

OMV-nin məlumatına görə, yüksək konsentrasiyada bu maddələr emal zavodlarının avadanlıqlarına təhlükə yarada bilər.

İtaliyanın Eni şirkəti isə keçən həftə Azərbaycan neftində orqanik xlorid çirklənməsi aşkar etdiyini bəyan edib.

Daha çox göstər
Back to top button