
Ermənistan parlamentinin birinci vitse-spikeri Ruben Rubinyan Factor TV-yə müsahibəsində qeyd edib ki, Yerevan Amerikanın Syunikdən keçən marşrutla bağlı təklifini rədd etməyib, sadəcə olaraq Ermənistan qanunvericiliyinə uyğun gəlməyən təşəbbüsləri nəzərə almır.
Azərbaycanla sülh müqaviləsinə toxunan Rubinyan bildirib ki, bu, Bakıda siyasi iradənin olmaması ilə bağlıdır. O vurğulayıb ki, Yerevan artıq bütün mümkün narahatlıqlara cavab verib və öz tərəfdən bütün addımları atıb.







