
ABŞ Çinə xəbərdarlıq edib ki, əgər o, sanksiyalı Rusiya neftini almağa davam etsə, Vaşinqton Çin məhsullarına qarşı 100% idxal rüsumu tətbiq edəcək.
Bu bəyanatı ABŞ Xəzinə naziri Skott Bessent etmişdir.
Reuters agentliyinin məlumatına görə, Stokholmda ABŞ və Çin arasında keçirilən iki günlük ticarət danışıqlarının yekununda Bessent həmçinin narazılığını bildirib ki, Çin həm də sanksiyalı İran neftini almağa davam edir və Rusiyaya ikiqat məqsədli məhsullar satır ki, bu da Ukraynada müharibənin uzanmasına birbaşa təsir göstərir.
Bessent vurğulayıb ki, ABŞ Xəzinə nazirinin sözlərinə görə, Çin nümayəndələri bu xəbərdarlıqlara cavab olaraq bildiriblər ki, onlar öz “energetik suverenliyini” qorumaq niyyətindədirlər.
“Çinlilər öz suverenliyinə çox ciddi yanaşır və əgər onlar 100% rüsum ödəməyi qərar verəcəklərsə, biz buna mane olmayacağıq”.
Nazir xüsusilə Konqresdə müzakirə olunan qanun layihəsini qeyd edib ki, bu layihəyə görə Rusiya enerji resursları alan ölkələrdən idxal üçün 500% rüsum tətbiq oluna bilər.
Bu haqda Bessent mətbuatla görüşdə deyib:“Hesab edirəm ki, Rusiya neftini alan hər kəs buna hazır olmalıdır”.







