
Sepah Pasdaran Telegram kanalı yazır ki, İran NATO və sionist strukturların əvvəllər regiona təzyiq vasitəsi kimi qəbul etdikləri “Zəngəzur dəhlizi” üzərində faktiki nəzarət yaradır.
“120 kilometrlik Təbriz-Yerevan strateji layihəsi qısa müddət ərzində həyata keçirilir və İranı Ermənistanla birbaşa əlaqələndirir”.
“Bu marşrut təkcə Tehranın mövqelərini gücləndirmir, həm də NATO və ya İsrailin Sünikdə möhkəmlənmək cəhdlərinə ciddi maneə yaradır.
Ermənistana keçməzdən əvvəl onlar İranla toqquşmalı olacaqlar”- deyə telekanal yazır.







