BaşlıcaSiyasət

ABŞ senator Öaşinyan-Əliyev  danışıqları barədə  söyləyib

ABŞ Montana ştatından Respublikaçı senator Stiv Deyns The Wall Street Journal qəzetində dərc olunan “Ermənistan və Azərbaycan üçün sülh müqaviləsi”məqaləsində Paşinyan ilə Əliyev arasındakı danışıqlardan bəhs edib.

“Prezident Tramp Cənubi Qafqazda Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi imzalamağın astanasındadır.

Bu, həm regionda, həm də beynəlxalq səviyyədə sülhün təmin olunmasına, eləcə də bu ölkələrin sərhədlərindən çox uzaqlara yayılan iqtisadi faydalara səbəb olacaq mühüm nailiyyət olacaq.

Sovet İttifaqının keçmiş hissəsi olan Ermənistan və Azərbaycan 1980-ci illərin sonunda başlanmış aşağı intensivlikli münaqişə içərisindədirlər və zaman-zaman genişmiqyaslı toqquşmalar baş verir.

Sülhə çatmaq üçün bir çox cəhdlər zəif və qısa müddətli olub. Əvvəlki administrasiyalar regiona və sülh danışıqlarına lazımi önəm verməyiblər.

Tramp administrasiyası „sülh güc vasitəsilə“ modelini praqmatik və yaradıcı diplomatiya ilə birləşdirərək hər iki tərəf üçün parlaq gələcək vəd edib və irəliləyiş əldə edib.

Bu il mən Tramp komandasının üzvləri ilə birlikdə hər iki ölkəyə səfər etdim. Biz regionun iqtisadi potensialını araşdırdıq və sülh danışıqlarının ən çətin məsələlərini müzakirə etdik.

Mən həm Azərbaycanın prezidenti İlham Əliyev, həm də Ermənistanın Baş naziri Nikol Paşinyan ilə görüşdüm və praktik həll yollarını müzakirə etdik.

Hər iki lider bu anın əhəmiyyətini və qarşıda duran böyük imkanları anlayır.

Uzun müddət Rusiya regionda vasitəçi rolunu oynayaraq münaqişəni alovlandırıb, qonşularını zəif və təcrid olunmuş saxlayırdı.

 İndi Ermənistan və Azərbaycan rus hökmranlığını rədd edir və ABŞ-ın prioritetlərinə uyğun müstəqil gələcək vizyonlarına üz tuturlar.

Region gələcəyini müəyyən edəcək və ABŞ-la tərəfdaşlıq əsasında yalnız Cənubi Qafqazda deyil, daha uzaqlarda da firavanlıq əldə ediləcək.

Orta dəhlizin coğrafi yerləşməsi ona unikal strateji və iqtisadi əhəmiyyət verir. İran və Rusiya ilə qonşu olan bu bölgə Mərkəzi Asiyadan malların maneəsiz Qərbə axını üçün yeganə quru yoludur.

Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan və Türkmənistanda neft, təbii qaz, kömür, uran kimi böyük enerji və digər təbii sərvətlər var.

Bütün bunlara əlavə olaraq, həm Ermənistanda, həm Azərbaycanda antimuan, mis, qızıl, xrom, manganez, gümüş, sink və digər nadir və qiymətli minerallar mövcuddur.

Münaqişənin olmaması halında Trans-Anadolu boru kəməri öz gücünü artıraraq regionun daha çox enerji mənbəyini Avropaya çatdırmaqla materiki Rusiya tədarükündən asılılığından azad edə bilər.

Cənubi Qafqazın minerallarının mövcudluğu ABŞ-ın Çin asılılığını azalda bilər.

Sülh müqaviləsi həm Ermənistana, həm də Azərbaycana iqtisadi və milli faydalar gətirəcək, ortaq investisiyalar yeni iş yerləri yaradacaq və maliyyə sabitliyinə zəmanət verəcək.

Tramp administrasiyasının qərarlılığı bu iki xalq üçün tarixi imkan yaradıb. Qarşıdakı müqavilə gələcəkdə yalnız Cənubi Qafqaz və Mərkəzi Asiyaya deyil, həm də ABŞ və onun müttəfiqlərinə geosiyasi cəhətdən böyük fayda gətirəcək.

Regionda və dünyada sülh və sabitlik naminə Ermənistan və Azərbaycan liderləri dərhal bu müqaviləni imzalamalıdırlar”.

Daha çox göstər
Back to top button