
İranın ali ruhani lideri Əli Xameneyinin xarici siyasət məsələləri üzrə müşaviri Əli Vəlayəti yenidən “Zəngəzur dəhlizi”nin həyata keçirilməsi cəhdləri ilə əlaqədar kəskin çıxış etdi.
Xamneyinin müşaviri: “Zəngəzur dəhlizi”nin reallaşdırılması cəhdləri İranın sərt cavabı ilə üzləşəcək
Vəlayəti öz X (Twitter) mikroblogunda yazıb:
“Bəzi hökumətlər yenə öz və regionun maraqlarına biganə qaldıqlarını iddia edərək “Zəngəzur dəhlizi” mövzusunu gündəmə gətirib və Cənubi Qafqazda qanunsuz məqsədlərini irəli sürüb bütün qapıları döyürlər.
Xatırladıram ki, regionda və ya ondan kənarda əvvəlki uğursuz cəhdi təkrarlamaq istəyən hər hansı hökumət İranın sərt cavabı ilə qarşılaşacaq”.
Daha əvvəl o, “Zəngəzur dəhlizi”nin məqsədinin NATO üçün platforma yaratmaq olduğunu və türk pantürkistlərinin də bunu qəbul etdiyini bildirmişdi.







