Tramp Azərbaycanda saxlanılan erməni əsirlərin azad buraxılması məsələsində yardım edəcək

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Azərbaycan həbsxanalarında saxlanılan 23 erməni əsirin azadlığa buraxılması məsələsində dəstək göstərəcək.
Alınan məlumata görə, Donald Tramp bu barədə Ağ Evdə Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşündə bəyan edib.
“Siz 23 xristian barədə danışırsınız? Mən ondan (red. yəqin ki, Azərbaycan prezidenti İlham Əliyevi nəzərdə tutur) bunu etməsini xahiş edəcəyəm. Düşünürəm ki, onlar bunu mənim xahişimlə edəcəklər. Bu vacibdir, elə deyilmi?” – deyə Tramp vurğulayıb.
Xatırladaq ki, Vaşinqtonda keçirilən mətbuat konfransında Ermənistanın Baş naziri Nikol Paşinyan bildirmişdi ki, bütün görüşlərdə, o cümlədən ən yüksək səviyyədə, Azərbaycanda saxlanılan erməni əsirlərin məsələsini qaldırır.
Qeyd edək ki, Azərbaycan rəsmi olaraq özündə 23 erməni əsirin mövcudluğunu təsdiq edir.







