BaşlıcaSiyasət

“Əgər Ermənistan və Azərbaycan bir-birinə etibar etsəydi, heç bir sənədi imzalamağa ehtiyac qalmazdı”

Ermənistan Baş naziri Nikol Paşinyan diplomatik nümayəndəliklərinin illik iclasında çıxış edərkən erməni-azərbaycan münasibətlərinə toxunub, qarşılıqlı etibar məsələsini və diplomatiyanın bunun aradan qaldırılmasındakı rolunu vurğulayıb.

Alınan məlumata görə, Baş nazir qeyd edib ki, Ermənistanın ictimai diskursunda tez-tez “Azərbaycana necə etibar etmək olar?” sualı səslənir. Paşinyanın sözlərinə görə, əsas problem də məhz buradadır:

“Problem damcı-damcı bir qədər etibar qurmaqdır. Daha da deyim: əgər Ermənistan və Azərbaycan qarşılıqlı olaraq bir-birinə etibar etsəydilər, heç bir sənədi imzalamağa sadəcə ehtiyac qalmazdı. Diplomatiya, etibarsızlıq mühitində etibar üçün kiçik bir dayaq nöqtəsi və ya nəzəri imkan yaratmaqdır”.

Daha çox göstər
Back to top button