BaşlıcaSiyasət

Paşinyan: “AB və Aİİ-yə eyni vaxtda qoşulmaq mümkün deyil, seçim qaçılmaz olanda biz qərar qəbul edəcəyik”

“Hökumət iclasından sonra keçirilən brifinqdə Baş nazir Nikol Paşinyan bildirib:

“Mən həmişə Rusiya Federasiyasına səfər etmək üçün növbəti imkanı gözləyirəm. Sevindiricidir ki, mənim Rusiyada gözlənildiyimi bilirəm. Mən də hər zaman RF-yə səfər fürsətini gözləyirəm.

 Və gördüyünüz kimi, aktiv qarşılıqlı səfərlər təcrübəsi mövcuddur və yaxın vaxtlarda – sentyabrın sonunda – belə bir səfər nəzərdə tutulur” – deyə o, qeyd edib.

Avropa Birliyinə  və Avrasiya İqtisadi İttifaqına üzvlüklə bağlı Baş nazir deyib ki, anlayırlar – eyni vaxtda hər iki quruma üzvlük mümkün deyil.

“Seçim qaçılmaz olduqda, müvafiq qərar qəbul edəcəyik. Hər bir ssenari mümkündür, bu həm xalqımızın ifadə etdiyi iradədən, həm də danışıqlar prosesindən asılıdır” – deyə Paşinyan vurğulayıb.

Daha çox göstər
Back to top button