
Syunik vilayətinin Kapan şəhərində Ermənistan Respublikasının xarici ölkələrdəki diplomatik xidmət orqanları rəhbərlərinin illik seminarı keçirilib. Seminar zamanı Xarici İşlər Nazirliyinin mərkəzi aparatının və diplomatik xidmət orqanlarının rəhbərlərinin Sünikdə yeni tikilmiş bir sıra infrastruktur obyektlərinə səfəri təşkil olunub. Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib.
Diplomatlar keçid məntəqəsinin genişləndirilməsi və Ermənistan-İran sərhədində ikinci körpünün tikintisi ilə bağlı planlarla tanış olublar.







