İctimaiyyət

6 ayda 1815 əcnəbi Ermənistanda müvəqqəti yaşamaq, 1775 nəfər daimi yaşamaq statusu alıb

Ermənistanda 2025-ci ilin yanvar-iyun aylarında 1815 əcnəbi müvəqqəti, 1775 əcnəbi isə daimi yaşamaq statusu alıb.

İlin birinci yarısında Ermənistanda ən çox müvəqqəti yaşamaq statusu Rusiya vətəndaşlarına verilib – 474 nəfər. İlk altı ayda Hindistanın 466, İranın isə 293 vətəndaşı müvəqqəti yaşamaq statusu alıb.

Ermənistanda ən çox daimi yaşayış statusu Rusiya vətəndaşlarına verilib – 970 nəfər. 6 ay ərzində 143 Gürcüstan, 117 Suriya, 113 Ukrayna, 48 Livan vətəndaşı ölkədə daimi yaşamaq statusu alıb.

Daha çox göstər
Back to top button