BaşlıcaSiyasət

LINKS Europe “Cənubi Qafqazı mina­sız 2025” kampaniyasının başlanmasını elan edir

LINKS Europe 2019-cu ildən bəri həyata keçirdiyi “Cənubi Qafqazı mina­sız” kampaniyasının dördüncü mərhələsini başlayır.

Bu kampaniya regional səviyyədə Ermənistan, Azərbaycan və Gürcüstanı əhatə edir və beş rəsmi dildə — erməni, azərbaycan, gürcü, rus və ingilis dillərində keçiriləcək.

LINKS Europe kampaniya çərçivəsində bu üç ölkənin maraqlı tərəfləri ilə əməkdaşlıq edəcək.

Kampaniya 1 sentyabrdan 15 dekabra qədər davam edəcək. İlk mərhələ (1 sentyabrdan 15 noyabra) əsasən maarifləndirmə xarakteri daşıyacaq, üç ölkənin KİV-lərindən və sosial mediadan istifadə etməklə, həmçinin qərar qəbul edənlər və vətəndaş cəmiyyəti ilə əlaqə quracaq.

İkinci mərhələdə (15 noyabrdan 15 dekabra) mina təhlukəsinin insan və iqtisadi “qiyməti” ön plana çıxarılacaq. 30 noyabr “Cənubi Qafqazda minalar və digər partlamamış sursatlar səbəbindən həlak olanlarla həmrəylik günü” kimi qeyd ediləcək.

LINKS Europe nümayəndəsi qeyd edir ki, bu il kampaniya Ermənistan və Azərbaycan arasında sülh prosesində irəliləyişlərin, eləcə də 2025-ci il avqustun 8-də Ağ Evdə ABŞ prezidentinin iştirakı ilə Ermənistanda və Azərbaycanda liderlərin tarixi görüşünün fonunda xüsusi əhəmiyyət kəsb edir. 2018-2024-cü illər ərzində çox mürəkkəb siyasi şəraitdə mina məsələsi ilə məşğul olan LINKS Europe həmişə mina təmizlənməsində regional yanaşmanın zəruri olduğunu vurğulayıb.

Həmçinin, mina təmizlənməsinin bölgədə etimad qurmaq üçün bir addım ola biləcəyinə inanır.

 “Cənubi Qafqazı mina­sız 2025″ kampaniyası bu ideyaları yenidən irəli sürəcək, lakin bu dəfə kontekst dəyişib və uğura çatmaq şansları daha yüksəkdir.

Əlavə məlumat üçün Cənubi Qafqaz üzrə LINKS Europe koordinatoru Georgi Simonishvili ilə Tbilisidə əlaqə saxlamaq olar: telefon +995 599 969875, elektron poçt george@links-europe-eu və [email protected]

Daha çox göstər
Back to top button