
Filosof və politoloq Aleksandr Duqin Telegram kanalında bildirib ki, Rusiya vətəndaşlarına təcavüz edən istənilən miqrant cinayətkardır. Eyni zamanda, onun fikrincə, müxtəlif ölkələrdən gələn miqrantlar, xüsusən də onun “ən zəhərli” adlandırdığı azərbaycanlılar, taciklər və özbəklər üçün Rusiyanın mədəni kodunu mənimsəmək və qəbul etmək yolu ilə inteqrasiya yolu var.
Duqin vurğulayıb ki, pravoslavlığı qəbul edən, ölkənin dəyərlərini bölüşən və onu müdafiə etməyə hazır olanlar “miqrant olmaqdan əl çəkib rus xalqının bir hissəsinə çevrilirlər”.
O qeyd edib ki, söz irqdən deyil, mədəni və mənəvi inteqrasiyadan gedir: “Bizim dəyərlərimizi bölüşən və onlara uyğun yaşamağa hazır olan hər kəs Rusiya cəmiyyətinə qəbul oluna bilər”.







