BaşlıcaSiyasət

Rubinyan: “Ermənistan türk-erməni sərhədlərinin açılmasında gecikmənin heç bir səbəbini görmür”

Ermənistan sərhədlərin açılması və Türkiyə ilə diplomatik əlaqələrin qurulması məsələsində Türkiyənin niyə gecikməli olduğuna dair heç bir səbəb görmür.

Bu haqda jurnalistlərlə qısa görüşdə Ermənistan-Türkiyə münasibətlərinin qaydaya salınması prosesində Ermənistan xüsusi nümayəndəsi, Parlament sədrinin müavini Ruben Rubinyan belə bəyanat verdi.

 “Mən heç bir səbəb görmürəm ki, Türkiyə bu məsələdə geciksin, ən azından Ermənistan tərəfdən heç bir gecikmə problemi yoxdur.

Biz sabahdan sərhədlərin açılmasına və diplomatik münasibətlərin qurulmasına hazırıq. Yeri gəlmişkən, çox yaxın vaxtlarda Pakistanla diplomatik münasibətlər qurduq və bu da çox əhəmiyyətli hadisədir. Ümid edirəm ki, Türkiyə ilə də belə addımlar atacağıq” – deyə Rubinyan vurğuladı.

Onun sözlərinə görə, siyasi iradə olduqda proses çox qısa zamanda baş tuta bilər.

“Biz tərəfdən bu iradə tam şəkildə  var və əminəm ki, qısa müddətdə böyük nəticələr əldə etmək mümkün olacaq” – deyərək Rubinyan əlavə etdi.

Daha çox göstər
Back to top button