
Hindistan və İran bu həftə Tehranda “əlaqələri yaxşılaşdırmaq üçün” Xarici işlər nazirliyi məsləhətləşmələri keçirəcək. Bu, The Economic Times-ın yazdığına görə, iki ölkənin milli təhlükəsizlik məsləhətçiləri arasında şənbə günü baş tutan telefon danışığından sonra gerçəkləşəcək.
Hindistan XİN nümayəndə heyəti İranın paytaxtına səfər edəcək. Nəşrə görə, danışıqlar Çabahar limanının fəaliyyətinin təşviqi və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin inkişafı, həmçinin digər məsələlər üzərində qurulacaq.
Məlumat vasitəsi qeyd edir ki, bu, iyunda İranla ABŞ-İsrail arasında baş verən hərbi qarşıdurmalardan sonra tərəflər arasında ilk struktur dialoq olacaq.
Hindistan-İran ikitərəfli görüşdən sonra Hindistan-İran-Ermənistan üçtərəfli görüşü keçiriləcək ki, bu da İran vasitəsilə Hindistanla Ermənistan arasında əlaqə yaratmaq üçün son bir neçə il ərzində işlənib hazırlanmışdır.
Məlumat vasitəsi vurğulayır ki, bu görüş Ermənistanla Azərbaycan arasında yaxınlarda imzlanmış sülh müqaviləsi ilə tanış olmaq üçün fürsət ola bilər.
Şənbə günü Hindistanın milli təhlükəsizlik məsləhətçisi Acit Doval və İranın Milli Təhlükəsizlik Şurasının katibi Əli Şəmrani ilə telefon danışığı olub.
İran tərəfinin mesajına görə, telefon danışığı zamanı tərəflər iki ölkə arasında iqtisadi əməkdaşlığın, təhlükəsizlik və müdafiə əlaqələrinin genişləndirilməsini, həmçinin Çabahar limanı layihəsinin inkişafını müzakirə ediblər.
Mətn factor.am-ə məxsusdur.







