BaşlıcaSiyasət

ER  XİN:  “Ermənistan “3+3” formatında görüşə ev sahibliyi etməyə hazır olduğunu bildirib”

Region: Ermənistan, Azərbaycan, Gürcüstan, Rusiya, Türkiyə, İran

Ermənistan Xarici İşlər nazirliyi “3+3”formatında nazirlər səviyyəsində görüşün keçirilməsinin dəqiq vaxtı və yeri barədə məlumatın olmadığını bildirib.

 Bu barədə xəbər agentliyi öz yazılı sorğusuna Ermənistan XİN-dən alınan cavaba istinadən məlumat yayıb.

Xatırladaq ki, Rusiya “3+3” formatının (bir tərəfdən Ermənistan, Azərbaycan, Gürcüstan; digər tərəfdən Rusiya, İran və Türkiyə) yaradılmasını fəal şəkildə dəstəkləyib.

Gürcüstan hələ də görüşlərdə iştirak etmir, lakin digər iştirakçılar dəfələrlə elan ediblər ki, Tbilisi üçün qapı açıqdır.

Ararat Mirzoyanın iştirakı ilə “3+3” platformasının son görüşü 2024-cü ilin oktyabr ayında İstanbulda keçirilib.

Daha çox göstər
Back to top button