
TRIPP “Beynəlxalq Sülh və Rifah üçün Tramp Yolu” proqramı Ermənistan-Azərbaycan sərhəd bölgüsü prosesinə və qəbul edilmiş Qaydalarda müəyyən edilmiş işlərin ardıcıllığına təsir göstərə bilərmi?
Təhlilçilər fərziyyələrində müxtəlif hadisələri bir-biri ilə əlaqələndirirlər. Rəsmi məlumat isə, sərhəd bölgüsü komissiyalarının son görüşünün harada keçirildiyini ətraflı açıqlamasa da, Vaşinqton sazişləri ilə bağlı bir sıra məsələlərin müzakirə edildiyini təsdiq edir.
Ermənistan və Azərbaycan arasında delimitasiya ilə bağlı yenilikləri Ermənistanın Xarici işlər naziri Ararat Mirzoyan bir neçə gün əvvəl Parlamentdə – parlamentin bu sessiyasının ilk sual-cavab iclasında vəd etmişdi.
Bundan sonra məlum oldu ki, daha öncə delimitasiya (sərhəd bölgüsü) komissiyalarının sədrləri – Ermənistanın Baş nazir müavini Mher Qriqoryan və Azərbaycanın Baş nazir müavini Şahin Mustafayev görüşmüşdülər.
Burada diqqətəlayiq olan növbəti görüşün özü deyil, keçirildiyi yer idi.
Delimitasiya komissiyalarının birgə fəaliyyəti haqqında Qaydalara uyğun olaraq, delimitasiya Ermənistan, Gürcüstan və Azərbaycan sərhədlərinin kəsişmə nöqtəsindən davam etdirilməli idi.
Halbuki məlum oldu ki, Qriqoryan və Mustafayev Syünik bölgəsində görüşüblər. Rəsmi məlumat yalnız 5 sentyabrda baş tutan görüş faktını təsdiqləyir, nümayəndə heyətlərinin haraya yerləşdiyini isə ətraflı açıqlamır.
Qeyri-rəsmi mənbələr tərəfindən yayılan məlumatlara görə, Baş nazir müavinləri Syünik mahalında və Azərbaycanın Zəngilan rayonunun Cənubunda görüşüblər.
ER Baş nazirinin keçmiş xarici siyasət müşaviri, konfliktoloq Arsen Xaratyana görə, yeni maraqlar ola bilsin ki, iki ölkənin təsdiqlədiyi və dərc etdiyi Qaydalarda müəyyən edilmiş işlərin ardıcıllığını dəyişib.
“Radiolur”un müxbiri, uzun fasilədən sonra sərhəd bölgüsünün əvvəlcədən müəyyən edilmiş nöqtədən başqa nöqtəyə köçürülməsində böyük problem görmür.
“Hal-hazırda görünür ki, komissiya Cənubda fəaliyyət göstərir, bu da TRIPP adlanan proqramla birbaşa əlaqəlidir. Çünki ötən həftə Birləşmiş Ştatlardan kifayət qədər ciddi səfərimiz oldu, 145 milyon dollar vəd edildi, bu da Birləşmiş Ştatların bu prosesə birbaşa pul ilə də qoşulması deməkdir.
Deməli, TRIPP-in keçəcəyi hissələr boyu (sərhəd) təyin edilməsi, bölgüsü və bəzi aydınlıq gətirilməsi məsələsi var idi. Əgər əvvəllər Şimalda sərhəd təyinatını davam etdirmək planlaşdırılıbsa, belə ilkin işləri tez bir zamanda görmək qərarı verildiyinə görə, bunun səbəbi məhz budur.
Cənubda (Azərbaycanla)– Naxicevan da daxil olmaqla daha 1000 km sərhədimiz var. Təsəvvür edirsizmi, sərhəd təyinatı nə qədər uzun vaxt aparacaq? Bəli, tərəflər ehtiyac duyduqda, bu halda isə görünür üçtərəfli razılıq katalizator rolunu oynadı, ona görə də problemi həll etməyə çalışdılar, yaxud Cənubda hansı həll yollarının tapılacağını hələ görəcəyik”.
Baş nazir müavinlərinin görüşü ilə bağlı Ermənistanın Xarici işlər nazirliyi sadəcə olaraq, nümayəndə heyətlərinin Ermənistan və Azərbaycan ərazilərinə qarşılıqlı səfərlər etdiyini təsdiqləyib.
Vaşinqtonda əldə edilmiş razılaşmalara uyğun olaraq, tərəflər əlaqə yollarının yaradılması tədbirlərinin sinxronlaşdırılması üçün müvafiq sərhəd seqmentlərinin/hissələrinin bölgüsü və minalardan təmizlənməsi, habelə zəruri infrastrukturun bərpası və tikintisi ilə bağlı, həmçinin bunların həyata keçirilməsi müddətlərinə dair məsələləri müzakirə ediblər.
Bununla paralel olaraq, Azərbaycan Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd yolunun tikintisinin 95%-dən çoxunu başa vurduğunu elan edir.
Ümumi uzunluğu 149 km olan yolun 123 km-i artıq tikilib, bunu kütləvi informasiya vasitələri bildirir.
Lakin, Ermənistan-Azərbaycan sərhəd bölgüsündən Ermənistanda digər məsələlərə cavablar gözlənilir. Söhbət Azərbaycan tərəfindən təxminən 200 kv.km işğal edilmiş ərazilərin qaytarılmasından gedir.
Ermənistan rəsmiləri dəfələrlə vurğulayıb ki, bu problemin həlli sərhəd bölgüsü yolu ilə həll olunacaq. Amma hökumətə görə, bu həm də zonalar baxımından qarşılıqlı həssas məsələ olduğundan, proseslərin leqitimmliyi və prosesləri pozmamaq üçün həssas məsələlərlə mümkün qədər ehtiyatlı rəftar edilməlidir.
Müxtəlif məsələlərin həssaslığına Baş nazir Paşinyan “2025 Hərtərəfli Təhlükəsizlik və Davamlılıq” beynəlxalq konfransında toxunub.
“İlk dəfə bu cümləni aydın səbəblərə görə söyləmək çox çətin idi. Bildirmək lazım idi ki, bilirsiz, biz Almatı Bəyannaməsində qeyd edilmiş Ermənistan Respublikasının leqitim ərazilərinin işğal edilməsindən danışarkən, deyirdik ki, bizim öz suveren ərazilərimiz var ki, onlar Azərbaycanın nəzarəti altındadır.
Bilirsizmi, bunu demək üçün mən nə qədər illik səy göstərməli oldum? Bildim ki, bizim də nəzarətimiz altında olan ərazilərimiz var ki, onlar Almatı Bəyannaməsinə görə Azərbaycanın suveren ərazisidir.
Lakin bizim nəzarətimiz altındadır. Amma mən bunu başa düşdükdən sonra dedim ki, əgər biz sülh istəyiriksə, bu cür ifadələrlə danışmalıyıq, əks halda sülh heç vaxt olmayacaq. Çoxsaylı belə məsələlər var. Sülh sazişinin mətni bütün lazımi institusional imkanları verir.
Bu imkan bir şeydir, necə, nə vaxt, hansı şərtlərlə, hansı konsepsiya və hansı ifadələrlə bu imkandan istifadə etmək isə tamamilə başqa şeydir”.
Ermənistanın Azərbaycanla artıq müəyyən edilmiş sülhdən danışdığı halda, Türkiyə ilə münasibətlərin tənzimlənməsi ilə bağlı yeni bir müddət səslənir – 2026-cı ilin birinci yarısı, erməni-azərbaycan sülh müqaviləsi imzalandıqda.
“Türkiyə sənədlərin ilkin imzalanmasından sonra problemlər görməyə davam edirmi?” sualına konfliktoloq Arsen Xaratyana cavab verir:
“Həqiqi sülh müqaviləsi imzalanmaya bilər, lakin Ermənistan-Türkiyə istiqamətində irəliləyiş görə bilərik.
Düşünürəm ki, biz bu mərhələdə dolayı yolla, lakin əlbəttə müəyyən mənada koordinasiya edilmiş proseslərə şahid oluruq.
Xüsusilə, Ermənistan-Azərbaycan istiqamətində müəyyən irəliləyiş olması faktıdır ki, burada Türkiyə də fəallaşır. Fəallaşır təkcə bu irəliləyiş olduğu üçün deyil, həm də düşünürəm ki, regionda gedən sürətli proseslərdən kənarda qalmaq istəmir.
Xüsusilə, ola bilsin ki, Azərbaycandan Ermənistan vasitəsilə Naxicevana və Türkiyəyə gedən qaz kəməri olacaq, ola bilsin ki, yeni investisiya imkanları yaranacaq.
Düşünürəm ki, bəli, Türkiyənin əlləri qismən Azərbaycanla Ermənistan arasındakı irəliləyişlə azad olub”.
Türk tərəfdaşı ilə münasibətlərin tənzimlənməsi məsələsi üzrə Ermənistanın xüsusi nümayəndəsi Ruben Rubinyan Ermənistanda keçirilən son görüşü müsbət qiymətləndirir.
O, iki il əvvəl əldə edilmiş ilkin razılaşmaların yenidən müzakirə edildiyini, təsdiq edildiyini və bu istiqamətdə aparılan işlərin sürətləndirilməsi barədə razılığa gəldiklərini göstərir.
Növbəti görüşün tarixi hələ müəyyən deyil, lakin Rubinyan ehtimal edir ki, 7-ci görüş artıq Türkiyədə keçiriləcəkdir.







