
Gəldiyimiz zaman üç vəzifəmiz var idi: bizim mövcudluğumuzla vəziyyəti sakitləşdirmək, ikincisi, insanlarda təhlükəsizlik hissi yaratmaq və etimadın artırılmasını dəstəkləmək.
Bu barədə bugün, 15 sentyabrda, “Hərtərəfli Təhlükəsizlik və Müqavimət 2025” beynəlxalq konfransında çıxışında Ermənistanda Avropa Birliyinin müşahidə missiyasının rəhbəri Markus Riter bildirib.
“Azərbaycanla iş o qədər də uğurlu getməyib. Biz sərhəd boyu erməni əhalisi ilə işləyirik. 170 QHT ilə işləməyə çalışırıq, onlardan bəziləri ilə müntəzəm əlaqələrimiz var.
Keçən ilin sonundan etibarən Avropa ideologiyasını təqdim etmək üçün sərhəd məktəblərinə baş çəkməyə başlamışıq.
Bir çoxunun AB-nin nə olduğu haqqında heç bir təsəvvürü yoxdur, əgər varsa da, bu, Rusiya TV kanallarının yayımları əsasında formalaşıb.
Biz bunu bir az reallığa yaxınlaşdırmağa çalışmışıq. Xüsusilə gənclərin AB-nin niyə yaradıldığına maraq göstərdiyini görürük.







