BaşlıcaSiyasət

ER sentyabrın 29-da Minskdə keçiriləcək MDB zirvə görüşündə iştirakını təsdiq edib:  iştirak formatı hələ müəyyənləşməyib

Ermənistan sentyabrın 29-da Minskdə planlaşdırılan MDB ölkələrinin hökumət başçılarının Şurasının iclasında iştirak formatını qərarlaşdıracaq.

Bu barədə Minskdə jurnalistlərə təşkilatın baş katibinin birinci müavini İqor Petrışenko məlumat verib, Rusiya KİV-ləri bildirir.

“Ermənistan da iştirakını təsdiqləyib, hazırda məsələ müzakirə olunur. Bu, Ermənistan tərəfinin qərar verməli olduğu məsələdir ki, iştirak daha səmərəli olsun.

Buna görə qərarı Ermənistan tərəfi verəcək” –  deyə  o, Minskdə keçiriləcək MDB ölkələrinin hökumət başçılarının Şurasının iclasına şəxsi formatda qatılıb-qatılmayacağı haqda suala cavab verərkən bildirib.

MDB ölkələrinin hökumət başçılarının Şurasının iclası sentyabrın 29-da Minskdə keçiriləcək. Gündəliyə 14 məsələ daxil edilməsi planlaşdırılır.

 Xatırladaq ki, Ermənistanın Baş naziri Nikol Paşinyan bəyan etmişdi ki, həmin ölkənin prezidenti Aleksandr Lukaşenkodan sonra Belarusu heç vaxt ziyarət etməyəcək.

O, qeyd etmişdi ki, “KTMT rəhbərlərindən biri bildirmişdi ki, 44 günlük müharibəyə hazırlıqda iştirak edib, təşviq edib, inanıb və Azərbaycanın qalib gəlməsini istəyib”.

Daha çox göstər
Back to top button