BaşlıcaSiyasət

Zaxarova: “Rusiya Ermənistan və Türkiyə arasındakı münasibətlərin mümkün qədər tez normallaşmasını dəstəkləyir”

Rusiya Federasiyası Ermənistan və Türkiyə arasında münasibətlərin mümkün qədər tez normallaşmasını həmişə dəstəkləyib və bunu Cənubi Qafqazda sabit sülh və inkişafın təməli hesab edir.

 Bu haqda  Rusiya Xarici işlər nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova 18 sentyabrda keçirilən həftəlik brifinqdə bildirib.

“Moskva Yerevan və Ankara arasında münasibətlərin daha da dərinləşdirilməsi istiqamətində, o cümlədən “3+3” formatı daxilində, səylərinə dəstək verməyə davam etməyə hazırdır.

Saziqlərin hazırlanması prosesində regionun reallıqlarının və qonşu ölkələrin maraqlarının nəzərə alınması, habelə hər hansı xarici qüvvələrin müdaxiləsinin aradan qaldırılması vacibdir” – deyə diplomata vurğulamışdır.

Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması məsələsi üzrə xüsusi nümayəndələr Ruben Rubinyan və Sərdar Kılıçın ilk görüşü 2022-ci il yanvar ayında Moskvada baş tutmuşdur.

Bu ilin 13 sentyabr tarixində Sərdar Kılıç rəsmi səfərlə Ermənistanda olmuş, burada tərəflər münasibətlərin normallaşdırılmasının əsas məsələlərini müzakirə etmiş və 1 iyul 2022-ci ildə əldə edilmiş razılaşmaların tez icrası istiqamətində gələcək addımları müəyyən etmişlər.

Kılıç həmçinin Ermənistanın Xarici İşlər naziri Ararat Mirzoyanla da görüşlər keçirmişdir.

Daha çox göstər
Back to top button