BaşlıcaSiyasət

Ermənistan və NATO əməkdaşlığın yeni sənədini qəbul etmək məsələsini müzakirə edir

Yerevanda NATO-nun Parlament Assambleyasının 108-ci Roz-Rot adlı iki günlük seminariyası başlayıb. Seminariyada ittifaqın üzv və tərəfdaş ölkələrindən təxminən iki yüz nümayəndə, beynəlxalq və yerli mütəxəssislər, diplomatik korpusun nümayəndələri iştirak edir.

 Müzakirələrin əsasında “Dəyişən dünyada Ermənistan və Cənubi Qafqaz: demokratiyanın və regional təhlükəsizliyin gücləndirilməsi” mövzusu durur ki, iştirakçılara görə bu, indi regionun siyasi reallıqlarına hər vaxtdankat daha uyğundur.

Gündəmdə Ermənistan-NATO əməkdaşlığı mövzusu da yer alır.

Roz-Rot seminariyası İrəvanda NATO üzv və tərəfdaş ölkələrindən təxminən 160 nümayəndəni, beynəlxalq və yerli mütəxəssisləri, diplomatik korpus nümayəndələrini bir araya gətirib.

 NATO PA-da Ermənistan Parlamentinin nümayəndə heyətinin rəhbəri Andranik Koçaryanın sözlərinə görə, bu, dəyişən dünyada regional təhlükəsizliyə aid məsələləri müzakirə etmək üçün ən yaxşı platformalardan biridir.

“Burada müzakirə etmək istədiyimiz məsələlərdən bəhs olunur. Gündəlik bizimlə də müzakirə edilib. Qafqazla bağlı gündəliyi Ermənistana gətirmək istədik”.

Koçaryanın ifadəsində, NATO ilə tərəfdaşlıq Ermənistanın təhlükəsizliyinin əsas sütunlarındandır. Onun sözlərinə görə, ittifaqla münasibətlərin 30 ildən çox tarixi var: əməkdaşlıq 1994-cü ildə “Sülh üçün Tərəfdaşlıq” proqramı çərçivəsində başlayıb, 2006-cı ildən isə fərdiləşdirilmiş tərəfdaşlıq fəaliyyət planları ilə həyata keçirilir.

PA-da Ermənistan nümayəndə heyətinin rəhbəri bildirir ki, bu mərhələdə əməkdaşlığın yeni sənədinin təsdiqi istiqamətində müzakirələr gedir.

“Biz NATO PA-nın assosiasiya edilmiş üzvüyük, amma keçən ildən etibarən səlahiyyətlərimizin həcmi bir qədər artıb. Yəni biz təkcə məlumatlandırılmaq və zərurət yarandıqda – imkan daxilində suallar verməklə və bizi maraqlandıran sualların cavablarını almaqla kifayətlənmirik.

Fəaliyyətimiz zamanı bunu uğurla həyata keçirdik. Bu platforma hər halda, regional sülhə çatmaq məqsədimiz üçün çox faydalı ola bilər”.

Parlamentin sədr müavini Ruben Rubinyan Ermənistan-NATO münasibətlərini rəsmi İrəvanın elan etdiyi tarazlıq və tarazlaşdırma siyasəti kontekstində də qiymətləndirir.

“NATO ilə əməkdaşlıq Ermənistanın tarazlıqlı və tarazlaşdırıcı xarici siyasətinin tərkib hissəsidir və biz regional və qlobal təhlükəsizliyin gücləndirilməsinə yönəlmiş bu əməkdaşlığı davam etdirməyə hazırıq”.

Ermənistan-NATO münasibətləri parlamentlərarası əlaqələrlə məhdudlaşmır, müdafiə sahəsində də uzunmüddətli tarixə malikdir.

Müdafiə naziri Süren Papikyanın sözlərinə görə, indi Ermənistan müdafiə sahəsində aktiv islahatlara başlayanda bu münasibətlər yeni məzmun qazanır.

Papikyan müdafiə sahəsində islahatlar kontekstində Ermənistan-NATO münasibətlərini qiymətləndirir və Ermənistanın gözləntilərindən danışır.

“Çoxtərəfli formatda NATO ilə əməkdaşlığı da vacib hesab edirik. Son illərdə NATO-nun komandanlıqları və Ermənistan Silahlı Qüvvələrinin yüksək rütbəli hərbi qulluqçuları arasında daim yüksək səviyyəli açıq və şəffaf müzakirələr aparılır ki, bu da öz məqsədlərimizi təqdim etmək və hədəflənmiş dəstək almaq imkanı yaradır”.

NATO Baş katibinin müavini Bürcü San da NATO-Ermənistan tərəfdaşlığını səmərəli hesab edir. NATO-nun Ermənistanın fəal iştirak etdiyi proqramlarını sadalayaraq qeyd edir ki, bunlar Ermənistanın fəal tərəfdaşlığını təşviq edir.

“Əminəm ki, bu, Ermənistanla dialoq və əməkdaşlığımızı daha da dərinləşdirməyə də kömək edəcək. NATO ilə münasibətləri dərinləşdirmək üçün son səylər çox yüksək qiymətləndirilir. Ermənistanın təhlükəsizlik və müdafiə islahatlarına dəstək verməkdə hazırlığımızı saxlayırıq”.

Bürcü Sanın sözlərinə görə, ittifaq xarici və təhlükəsizlik siyasətini diversifikasiya etmək üçün Ermənistanın son addımlarını alqışlayır. O, hesab edir ki, növbəti addım siyasi dialoqu dərinləşdirmək olacaq. NATO baş katibinin müavini qeyd edir: “Çox iş görülüb, amma görüləsi daha çox iş var”.

Daha çox göstər
Back to top button