BaşlıcaEkonomika

“Rosatom”un rəhbəri Paşinyana: “Bütün Ermənistanın, erməni xalqının maraqlarının qorunması üçün hər şeyi edəcəyik”

İnanın, biz Ermənistanın, erməni xalqının bütün maraqlarının qorunması üçün hər şeyi edəcəyik. Bu haqda  Moskvada keçirilən “Dünya Atom Həftəsi” beynəlxalq forumunda çıxışı zamanı “Rosatom”un rəhbəri Aleksey Lixaçov tədbirdə iştirak edən Ermənistanın Baş naziri Nikol Paşinyana müraciət edərək bildirib.

Çıxışında Lixaçov, onun sözlərinə görə, ümumi qürur mənbəyi olan Ermənistan AES-i barədə danışıb.

“1988-ci ildə o, 9 bala qədər olan dəhşətli Spitak zəlzələsini yaşandı. Bu, dünyada həmin zərbəyə tab gətirən yeganə atom bloku oldu.

Və o vaxtdan etibarən erməni mütəxəssislər bu layihəni, əlbəttə ki, “Rosatom”un köməyi və dəstəyi ilə birgə həyata keçirirlər.

Nikol Vovayeviç, biz belə deyirik: stansiya sizindir, amma qürur bizim ümumidir. Onun bu günkü sabit işi və ən azı 2036-cı ilə qədər uzadılması bizə tam aydındır.

Və biz çox hörmətlə izləyirik ki, siz indi hansı yeni qərarlar qəbul edirsiniz, atom energetikasında növbəti addıma baxırsınız və başa düşürük ki, bu addım nə qədər vacibdir.

Çünki siz ölkənin siyasətini ən azı növbəti 100 il üçün müəyyənləşdirirsiniz. İnanın, biz Ermənistanın, erməni xalqının bütün maraqlarının qorunması üçün hər şeyi edəcəyik” – deyərək “Rosatom” rəhbəri qeyd edib.

Daha çox göstər
Back to top button