
“Aeroflot” aviaşirkəti Krasnodardan Yerevan və İstanbula ilk uçuşlarını həyata keçirib. Bu haqda , şirkətin Telegram kanalında elan edilib.
Aviadaşıyıcı bildirib ki, Krasnodar beynəlxalq hava limanından Ermənistan və Türkiyəyə gündəlik reyslər həyata keçirəcək.
Hər iki reys demək olar ki, 100% doluluqla icra edilib. Şirkət həmçinin bildirib ki, Krasnodar hava limanından beynəlxalq reyslər üçün iki – “İqtisadi” və “Biznes” sinfi olan Airbus A320 təyyarələrindən istifadə olunur.
RİA Novosti-nin məlumatına görə, Rusiyanın Nəqliyyat nazirliyi 11 sentyabrda elan edib ki, 2022-ci il fevralın sonundan təhlükəsizlik səbəbilə bağlı olan Krasnodar hava limanı uçuşlar üçün yenidən açılıb.
“Aeroflot” Moskvadan Krasnodara ilk uçuşunu üç illik bağlanma müddətindən sonra, 17 sentyabrda həyata keçirib.







