BaşlıcaEkonomika

Ermənistandan İrana elektrik enerjisi ixracı 3 dəfə artacaq: Səfir

Ermənistandan İrana elektrik enerjisi ixracı yaxın gələcəkdə əhəmiyyətli dərəcədə artacaq. “Armenpress”in məlumatına görə, bu barədə İranın səfiri Mehdi Sübhani mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, üçüncü elektrik verilişi xətti istifadəyə verildikdən sonra İran birinci mərhələdə Ermənistandan 200 meqavat elektrik enerjisi alacaq. Səfir qeyd edib ki, Noravanda 400 kilovoltluq yarımstansiya istifadəyə verildikdən sonra ixrac həcmi 700 meqavata çatacaq.

“Bu rəqəmə “elektrik üçün qaz” proqramı çərçivəsində alınan 300 meqavat elektrik enerjisi daxil deyil”, – səfir izah edib.

Sübhani əlavə edib ki, elektrik ötürücü xətti birləşdirildikdən sonra İran tərəfi də 200 meqavat ixrac məhsulu ala biləcək, transformatorların quraşdırılmasından sonra isə yarımstansiyanın gücü 400 kilovata çatacaq. “Nəticədə Ermənistandan İrana elektrik enerjisi ixracının həcmi təqribən 1000 meqavata çatacaq. Deməli, söhbət üçqat artımdan gedir”, – o vurğulayıb.

Daha çox göstər
Back to top button