BaşlıcaSiyasət

ER və Azərbaycanın iştirakı ilə həyata keçiriləcək layihə RF-nı dövrələyərək dünya bazarına enerji ehtiyatlarının tədarükünü mümkün edəcək

JAMnews xəbər verir ki, ABŞ Energetika naziri Kris Rayt bildirib ki, Azərbaycanın və Ermənistanın iştirakı ilə həyata keçirilən “Tramp marşrutu” tranzit kommunikasiya layihəsi parlaq perspektivlər açır.

“Azərbaycan və Ermənistan arasında sülh sazişi üzrə görüşlərdə iştirak etmişəm. Neft sənayesi, deyildiyi kimi, 1859-cu ildə ABŞ-ın Pensilvaniya ştatının Taitusvill şəhərində yaranıb.

 Neft sənayesinin yaranması baxımından oxşar dövrdə daha bir yer isə Bakı olub. Beləliklə, hər iki ölkə dünyanın ilk neft və qaz hasilatçılarıdır.

Azərbaycanda geniş ehtiyatlar var və mən hesab edirəm ki, Cənub sərhədi boyunca yerləşən bu koridor Ermənistanla Azərbaycanı birləşdirərək Azərbaycandan Avropaya təbii qaz tədarükünü artıracaq.

Mənim fikrimcə, bu gözəl haldır. Azərbaycanın enerji ehtiyatlarının hasilatı və onları dünyaya, Rusiyanı dövrələyərək tədarük etməsi ölkələrimiz arasında əməkdaşlığın parlaq gələcəyidir” –  deyərək nazir qeyd edib.

Daha çox göstər
Back to top button